top
Rauf Əliyev: Qarabağ üçün müdafiəyə çəkilmək riskli ola bilər Idman.biz
27 avqust 2025, 17:38
- ↺ +

Rauf Əliyev: "Qarabağ" üçün müdafiəyə çəkilmək riskli ola bilər

"Ferentsvaroş" doğma azarkeşləri önündə məğlub olub. Bu üzdən itiriləcək nəsə qalmayıb. Ona görə də ilk dəqiqələrdən hücum futbolu sərgiləyərək, qalib gəlmək istəklərini göstərməyə çalışacaqlar. Çünki başqa yolları yoxdur. Bu isə "Qarabağ" üçün əks-hücumlarda rəqibi cəzalandırmaq baxımından şans yarada bilər".

İdman.biz xəbər verir ki, bu fikirləri Futbolinfo.az-a açıqlamasında "Qarabağ"ın keçmiş hücumçusu Rauf Əliyev səsləndirib.

Veteran futbolçu səfərdə qazanılan nəticənin "Qarabağ"da arxayınlıq yaratmayacağını deyib: "Səfərdə qazanılan qələbə psixoloji baxımdan oyunçular üçün çox önəmlidir. Amma "Qarabağ" futbolçuları kifayət qədər təcrübəlidirlər. Onların çoxu uzun illərdir avrokuboklarda çıxış edir. Fikrimcə, səfərdə əldə olunan nəticə komandada arxayınlıq yaratmayacaq. Əksinə, onlar yenə də tam ciddi yanaşaraq meydana çıxacaqlar. "Qarabağ" rəqibdən asılı olmayaraq, daim sabit futbol nümayiş etdirir. Hesabda öndə olsalar belə, müdafiəyə çəkilmirlər. Çünki bu, onlar üçün riskli ola bilər. Düşünürəm ki, yenə də topa nəzarət edəcək, hücuma daha çox diqqət yetirəcəklər".

Onun sözlərinə görə, komanda oyundan-oyuna daha yaxşı təsir bağışlayır, artıq istədikləri oyun ritmini tapıb: "Komanda oyundan-oyuna daha yaxşı təsir bağışlayır. Ola bilsin, artıq təlim-məşq toplanışından sonra istədikləri oyun ritmini tapırlar. Hər bir futbolçunun formaya düşmə prosesi fərqlidir. Səfərdə baş tutan matçda "Qarabağ"ı çox yaxşı gördük. Hesabda geri düşmələrinə baxmayaraq, topa nəzarət və fiziki üstünlük açıq şəkildə hiss olunurdu. Məncə, bu gün də eyni mənzərəni görəcəyik. Komandanın hazırkı səviyyəyə gəlib çıxmasında hər bir futbolçunun zəhməti var".

Sabiq futbolçu keçmişlə bu günü müqayisə edib: "Hazırkı heyətlə bizim dövr arasında böyük fərq var. O vaxt əsasən yerli futbolçulardan ibarət, avrokubok həyəcanını yeni yaşayan gənc komanda idik. Heyətin 80 faizi gənclərdən ibarət idi. Bu, bizim üçün çox dəyərli təcrübə oldu. Azarkeşlər də "Qarabağ"a inanmağa başlamışdı. Sonrakı illərdə klub xeyli təcrübə topladı və oyun sistemini formalaşdırdı. İndi isə güclü legionerlər heyətə qoşulub. Klub ildən-ilə böyüyür, inkişaf edir. Mən yalnız uğurlarının davamlı olmasını arzulayıram. İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə düşə bilərlər".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Oxşar xəbərlər