top
Rauf Əliyev: Qarabağ ilk dəqiqələrdə qol buraxmasa, Nyukasldan xal ala bilər Report.az
18 fevral 2026, 15:03
- ↺ +

Rauf Əliyev: "Qarabağ" ilk dəqiqələrdə qol buraxmasa, "Nyukasl"dan xal ala bilər

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda "Nyukasl"la (İngiltərə) qarşılaşacaq "Qarabağ" ilk dəqiqələrdə qol buraxmayacağı təqdirdə rəqibindən xal ala bilər.

Bunu "Report"a açıqlamasında Ağdam klubunun və Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev deyib.

Mütəxəssis yaxşı nəticəyə ümid edir:

"Doğma meydanda xal qazanmaq şansımızın olduğunu düşünürəm. "Nyukasl" Premyer Liqa klubu olsa da, "Liverpul" və ya "Mançester Siti" kimi nəhənglərlə müqayisədə "Qarabağ"ın onlardan evdə xal alması mümkündür. Niyə də bərabərlik olmasın? Futbolda istənilən nəticə qeydə alına bilər. "Qarabağ" bizi əvvəlki oyunlarda da təəccübləndirməyi bacarıb. Ümidimiz var ki, yaxşı nəticə qazanılacaq".

O, rəqibin yarada biləcəyi təhlükələrdən də söz açıb:

"Premyer Liqa klubları digər ölkələrin təmsilçilərindən daha çox sürətə görə fərqlənirlər. Onlar daha sürətli komandalardır və bu, bizim üçün böyük təhlükə yarada bilər. Fikrimcə, "Nyukasl" ilk dəqiqələrdən oyunun tempini yüksəltməyə çalışacaq. Əsas odur ki, matçın startında qol buraxmayaq. Belə olarsa, hər şey yaxşı bitə bilər".

Qeyd edək ki, görüş bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Oxşar xəbərlər