top
Rauf Əliyev: Millimiz İslandiya və Fransa ilə oyunlara yüksək əhvali-ruhiyyə ilə çıxacaq və layiqli mübarizə aparacaq Idman.biz
13 noyabr 2025, 16:41
- ↺ +

Rauf Əliyev: Millimiz İslandiya və Fransa ilə oyunlara yüksək əhvali-ruhiyyə ilə çıxacaq və layiqli mübarizə aparacaq

"Son qarşılaşmalarda futbolçularımızda inam və istək onu göstərir ki, komandamız növbəti iki oyuna yüksək əhvali-ruhiyyə ilə çıxacaq və layiqli mübarizə aparacaq".

Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya və Fransa kollektivlərinə qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

O, yığmamızın İslandiyadan xal alacağına inandığını bildirib: "Bildiyiniz kimi, Mahir Emreli, Elvin Cəfərquliyev kimi vacib futbolçularımız bugünkü matçda komandaya kömək edə bilməyəcəklər. Onların yoxluğu böyük itkidir. Lakin hazırda digər oyunçularımız da rəqibə qarşı mübarizə aparacaq gücdədirlər. Səfərdəki ilk görüşdə qeydə alınan 0:5 hesablı məğlubiyyəti unutmaq və bugünkü oyuna köklənmək lazımdır. Düzdür, İslandiya seçməsinin heyəti təcrübəli futbolçulardan ibarətdir. Buna baxmayaraq, xal götürmək şansımız da var. Çünki yeni baş məşqçi Ayxan Abbasov kollektivdə yaxşı ab-hava yaradıb. Bu da inamımızı bir qədər artırır", - deyə AZƏRTAC-a açıqlamasında deyib.

Keçmiş hücumçu 3 gün sonra Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa ilə keçiriləcək qarşılaşma ilə bağlı da fikirlərini bölüşüb: "Hər kəsə məlumdur ki, Fransa ilə görüşdə xal qazanmaq şansımız azdır. Bütün çətinliklərə və səviyyə fərqinə baxmayaraq, futbolçularımızın sonadək döyüşəcəklərinə inanıram".

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Dünən, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Dünən, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Futbol
Dünən, 21:38

Zaur Həşimov: Komanda artıq qalibiyyət ümidini bərpa edir

Qarabağ FK
Dünən, 21:25

“Qarabağ” FK ev oyunlarını yenidən Azersun Arena'da keçirəcək

Futbol
Dünən, 20:59

“Fənərbağça”nın yeni baş məşqçisi “Milan”ın sabiq sürücüsü Serjiu Konseysau olacaq

Güləş
Dünən, 20:57

Meryem Cavadova finala yetişə bilmədi, Azərbaycan yalnız bir medal qazanıb

Oxşar xəbərlər