"Roma"nın yeni baş məşqçis Klaudio Ranyeri olacaq. Sport24.az xəbər verir ki, mütəxəssis artıq İtaliyanın paytaxtına gəlib və bu gün klubla müqavilə imzalayacaq.
Ranyeri jurnalistlərə qısa açıqlamasında keçidi haqda bunları deyib:
"Çətin vəziyyəti düzəltmək lazımdır və ona görə məni çağırdılar. Biz hazırıq və gəlirik".
Ranyeri daha əvvəl məşqçilik karyerasını bitirdiyini deyib. 73 yaşlı mütəxəssis daha əvvəl, 2009-2011 və 2019-cu ilin martından iyununa qədər "Roma"ya rəhbərlik edib.