top
Ramon Maçado: Bu yaşımda ora getsəm həyat yoldaşım məni öldürər Sport24.az
12 avqust 2024, 11:00
- ↺ +

Ramon Maçado: "Bu yaşımda ora getsəm həyat yoldaşım məni öldürər"

Premyer Liqanın II turu çərçivəsində baş tutan "Araz-Naxçıvan" - "Şamaxı" qarşılaşması meydan sahiblərinin minimal hesablı (1:0) qələbəsi ilə yekunlaşıb. Oyunda vurulan yeganə qolun müəllifi Ramon Maçado Sport24.az-a müsahibə verib.  


- Vurduğun qol həlledici oldu və komandan meydandan 3 xalla ayrıldı. Oyunla bağlı fikirlərin maraqlıdı...
- Matça yaxşı hazırlaşmışdıq. Qələbə qazanıb həm özümüzə inamı artırmaq, həm də azarkeşlərimizi sevindirmək istəyirdik. İstəyimizə nail olduq. Bilirik ki, asan oyunlar olmur. Odur ki, bu qələbə irəlidəki matçlarda bizə motivasiya olacaq. Əlbəttə ki, qol vurmağıma sevinirəm. Amma əsas olan mənim fərqlənməyim yox, komandamın uğur qazanmasıdı.


- Oyun planında "Araz-Naxçıvan"da çatışmazlıqların olduğu sezilir...
- Mövsüm təzə başlayıb.
Həmçinin özüm də daxil komandada yeni oyunçular var. Onlar kollektivə tam uyğunlaşmayıb. Buna baxmayaraq, "Araz-Naxçıvan"da səviyyəli futbolçular yer alıb, turdan-tura daha da "artıracağıq".


- Buna qədər Azərbaycnda "Neftçi" və "Qəbələ"nin formasını geyinmisən. Ötən mövsüm istər "ağ-qaralar", istərsə də "qırmızı-qaralar" üçün heç də yaxşı keçmədi. Paytaxt təmsilçisi avrokuboklardan kənarda qaldığı halda, "Qəbələ" ümumiyyətlə, Premyer liqanı tərk etdi...
- Ötən mövsümü Malaziya təmsilçisi "Sabah"ın şərəfini qorumuşam.  Sabiq komandalarımın ötən "futbol ili"ndəki çıxışlarını izləmək imkanım olmayıb.
Ona görə də onlar barədə nəsə deyə bilmərəm. Hər birinə uğurlar arzu edirəm. Bu gün məni düşündürən "Araz-Naxçıvan"dı.


- Yenidən ölkəmizə qayıtdın. Azərbaycanı necə xarakterizə edərdin?
- Əvvəllərdə ölkənizdə çıxış etdiyimdən buralara alışmışam. Mən və ailəm özünü Bakıda xoşbəxt hiss edir. Bir yerdən məmnunsansa deməli, hər şey qaydasındadı. Malaziyadan fərqli, Azərbaycanda dostlarım, tanışlarım çoxdu. Futbol mentalitetinizə öyrəşmişəm. Həmçinin sizdə futbol daha çox inkişaf edib.


- Braziliyalılar ilə azərbaycanlılar fərqli mentalitetə sahibdi. Bizim sizlərdən fərqimiz nədi?
- Əlbəttə ki, fərqli milli-mənəvi dəyərlərə malik xalqlarıq. Azərbaycanlıların mentalitetində xoşuma gələn cəhətlər çoxdu. Onları bir-bir sadalasam uzunçuluq olar. Qısaca deyim ki, insanlarınız mehriban, deyib-güləndi. Düşünürəm ki, bir braziliyalının Azərbaycanda darıxması üçün səbəb yoxdu.


- Braziliya karnavalları üçün darıxmırsan?
- Karnavallar dövrümü bitirmişəm. Artıq 33 yaşım var. Bu yaşımda ora getsəm həyat yoldaşım məni öldürər (gülür).




ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Oxşar xəbərlər