top
Ramon Maçado: Aris haqqında heç nə bilmirik, hazırlığa diqqət yetiririk - MÜSAHİBƏ Idman.biz
23 iyun 2025, 16:11
- ↺ +

Ramon Maçado: "Aris" haqqında heç nə bilmirik, hazırlığa diqqət yetiririk - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın hücumçusu Ramon Maçadonun Sportal.az-a müsahibəsi

- "Araz-Naxçıvan"la yeni müqavilə imzaladın. Azərbaycan Premyer Liqasındakı digər klublardan təklif almışdın?

- Hər şeydən əvvəl onu deyim ki, "Araz-Naxçıvan"da qaldığım üçün xoşbəxtəm. Zaur Axundov və Elmar Baxşıyevə böyük hörmətim var. Düzünü deyim, fərqli klublardan təkliflərim olsa da, "Araz-Naxçıvan"da qalmağa üstünlük verdim. Atdığım addıma görə də şadam.

- Komandanız Premyer Liqa klubları arasında transfer bazarında ən aktiv olanıdır. 2024/2025 mövsümkündən də güclü "Araz-Naxçıvan" görəcəyik?

- Təbii ki, hamımız yeni mövsümün "Araz-Naxçıvan" üçün möhtəşəm alınacağına inanırıq. Komandadan ayrılanlar klubun uğuru üçün öz töhfələrini veriblər. Yeni gələnlər isə artıq bilirlər ki, biz ötən mövsüm çox yaxşı işlər görmüşük. Yaxşı kollektivimiz var və işləməyə davam edirik.

- Komanda tarixində ilk dəfə Avropa arenasında iştirak edəcək. Konfrans Liqasında püşkatma qarşınıza "Aris"i çıxardı. Püşkatmanı "Araz-Naxçıvan" üçün necə dəyərləndirirsən?

- Bilirsiz, uğurlu nəticələr indiyə qədər görülən yaxşı işlərin, zəhmətin nəticəsidir. Yenə də biz yaxşı işləyəcəyik. Avrokuboklarda da çıxış edəcəyik. Hazırlıqlarımız davam edir.

- "Aris"lə maraqlanmısan? Səncə, növbəti mərhələyə vəsiqə qazanmaq şansınız neçə faizdir?

- Düzünü desəm, "Aris" haqda hələ ki heç nə bilmirik. Çünki biz əvvəlcə öz fiziki hazırlığımızı yaxşılaşdırmağa diqqət yetiririk. Mövsümün hazırlığını davam etdiririk. Ondan sonra isə Yunanıstan klubunu yaxından tanımaq üçün çox vaxtımız olacaq.

- Bəzən olur ki, komandalar ilk ilindəcə əsas mərhələyə qədər irəliləyir. Səncə, Konfrans Liqasında liqa mərhələsinə qədər irəliləyə bilər

- Bayaq dediyim kimi, biz indi hazırlığa önəm veririk. Oyunlar yaxınlaşdıqca isə təbii ki, məşqçilər korpusumuz bizə lazımı tapşırıqları verəcək və matçlara hazırlaşacağıq. Ötən mövsüm komanda olaraq ortaya yaxşı iş qoymuşduq. Biz meydana çıxacağımız hər bir matçda ən yaxşısı üçün sona qədər mübarizə aparacağıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Oxşar xəbərlər