"Komandanı tam komplektləşdirmək üçün lazım olan oyunçular barədə fikir mübadiləsi aparırıq. Danışıqlarımız davam edir. Yeni transferlərlə daha da güclənmək istəyirik".
İdman.biz xəbər verirki, bu sözləri futbolinfo.az saytına açıqlamasında "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov deyib.
Mütəxəssis I Liqanın 2-ci turunda "Cəbrayıl" üzərində 3:1 hesablı qələbə barədə də fikirlərini bölüşüb: "Komanda üzvlərinə bu əzmkar qələbəyə görə minnətdarlığımı bildirirəm. Çox yaxşı rəqibə qarşı oynadıq. Həqiqətən çətin oyun keçdi. Səfərdə layiqli qələbə qazandıq. Növbəti oyunumuz "Difai"yə qarşıdır. Yüksək yerlər uğrunda mübarizə aparırıq. Buna görə də xal və xallar qazanmağa çalışacağıq. Komandamız yeni olsa da, təcrübəli futbolçular çoxdur. Düşünürəm, istədiyimiz oyunu göstərərək daha yaxşı nəticələr əldə edəcəyik".
İdman.biz