top
Ramiz Məmmədov: AFFA Spartakdan mənə görə pul tələb etdi, bu gülməlidir Idman.biz
09 oktyabr 2025, 12:50
- ↺ +

Ramiz Məmmədov: AFFA "Spartak"dan mənə görə pul tələb etdi, bu gülməlidir

O, şübhəsiz ki, 90-cı illərin postsovet futbolunun ən yaxşı müdafiəçilərindən biri idi - Rusiya çempionatının beşqat qalibi, həmçinin Ukrayna və Avstriya çempionu. Üstəlik, Çempionlar Liqasının qrup mərhələsində üç fərqli klubun heyətində çıxış edən yeganə rusiyalı futbolçu olub. Bütün bu uğurlar Ramiz Məmmədovun karyerasının parlaq səhifələrində yer alır.

İdman.Biz oxucularına sabiq futbolçudan götürdüyü eksklüziv müsahibəni təqdim edir:

- Ramiz Məmmədov bu gün nə işlə məşğuldur?

- Veteranların oyunlarında iştirak edirəm və fiziki formamı qoruyuram.

- Hələ də futbol oynamaqdan doymamısız? Axı artıq 53 yaşınız var...

- Siz hələ bizim digər uşaqları görməmisiniz (gülür). Xlyestov oynayır, halbuki o məndən bir yaş böyükdür. Nə Xlyestov, Şavlo ilə Dasayev hələ də oynayırlar, onların isə yaşı 70-ə yaxındır. Onların yanında mən hələ gümraham.

- Bəs niyə böyük futboldan bu qədər tez ayrıldınız? Axı 31 yaş, xüsusən müdafiəçi üçün çox tezdir...

- Çempionlar Liqasından və yüksək liqalardan sonra birinci liqada oynaya bilmədim, başa düşdüm ki, bu, mənlik deyildi.

- Doğrudan da, siz hələ də üç fərqli ölkənin üç klubunda Çempionlar Liqasının qrup mərhələsində oynamış yeganə rusiyalı futbolçusunuz – Rusiya "Spartak"ı, Ukrayna "Dinamo"su və Avstriyanın "Şturm"u. Necə oldu ki, "Şturm"dan sonra Rusiyanın birinci, hətta ikinci liqasında olan komandalarında görünməyə başladınız?

- Bu, "Şturm"la mənə ödənilməli olan qonorar uğrunda uzunmüddətli mübahisədən sonra baş verdi. Klubla məhkəmə çəkişməsi ucbatından səkkiz ay oynamadım. Bu vəziyyətdən sonra hansı məşhur klub məni götürərdi ki? Ona görə də bir az "dolaşmalı" oldum. Amma tez başa düşdüm ki, bu, mənlik deyil.

- Amma yenə də "Volqar-Qazprom" və "Luç-Energiya" komandalarında yaxşı çıxış etmisiniz. Hətta "Luç"u birinci liqaya çıxarmağa kömək etmisiniz. Yeri gəlmişkən, "Volqar-Qazprom"da o zaman Qurban Qurbanov da oynayırdı – indi "Qarabağ"ın baş məşqçisidir...

- Bəli, əlbəttə, xatırlayıram. Biz birlikdə oynayırdıq. O vaxt da futbola çox bağlı idi, həyatda çox sakit və təmkinli idi, meydanda da emosiyalarını az büruzə verirdi. Bildiyimə görə, indi də məşqçi kimi elə həmin sakit təbiətini saxlayıb.

- Onunla və ya digər azərbaycanlı futbolçularla əlaqə saxlayırsınızmı?

- Təəssüf ki, yox. Amma mənim əmioğlum İlqar Məmmədov uzun illər sizin çempionatda oynayıb. Hazırda ailəsi ilə birlikdə Almaniyada yaşayır.

- Siz Moskvada doğulmusunuz, amma atanız Gürcüstandandır...

- Bəli, Dmanisi rayonunun Qarabulağ kəndindəndir. Orada əsasən azərbaycanlılar yaşayır. Mən orta məktəbi bitirənədək hər yay ora gedirdim, ona görə dili də unutmadım. İndi ora yalnız atamla anam gedir. Mən isə gedə bilmirəm, çünki yay bizim – veteran futbolçuların ən aktiv dövrüdür, mütəmadi oyunlarımız olur. Bacım və həyat yoldaşı isə çoxdan Moskvaya köçüblər, Lyubertsıda yaşayırlar (Moskva vilayətinə daxildir – red). Yəni bütün ailə buradadır.

- Bəs sonuncu dəfə nə vaxt doğma yerlərdə olmusunuz?

- 1994-cü ildə. O zaman məni dünya çempionatına aparmadılar. Sadırin (Sovet və Rusiyanın futbol məşqçisi Pavel Sadırini nəzərdə tutur – red.) Ternavski və Xlestovu apardı, amma məni yox, halbuki çox yaxşı formada idim. Həmin vaxt Gürcüstana Bakının üzərindən getdim. İki gün Bakıda qonaq olduq, sonra maşınla Gürcüstana yollandıq. Hətta məni az qala orduya aparırdılar (gülür).

- Necə yəni?

- Bəli, geriyə dönəndə yenə Bakının üzərindən uçmalı idik. Aeroportda məni saxladılar, pasportumu aldılar, yarım saat dindirdilər. Axırda aydınlaşdırdılar ki, doğrudan da Moskvada doğulmuşam, orada yaşayıram və məni Azərbaycanla yalnız soyadım bağlayır (gülür).

- Özünüzü daha çox azərbaycanlı, yoxsa rus hiss edirsiniz? Axı ananız rusdur...

- Pasportda azərbaycanlı yazılıb və müsəlman qaydasına görə sünnət olmuşam, daha kim ola bilərəm (gülür)? Amma ciddi desəm, bu barədə heç vaxt çox düşünməmişəm. Amma nədənsə Azərbaycan məni gəncliyimdən "özününkü" sayırdı.

- Necə yəni? Sizi milliyə çağırmaq istəyirdilər, Samədovu çağırdıqları kimi?

- Yox, o qədər irəli getməmişdilər. Amma bir az gülməli hadisə olmuşdu - AFFA-dan "Spartak" klubuna zəng edib, mənə görə pul tələb etmişdilər (gülür).

- Doğrudan?!

- Bəli, tam ciddi deyirəm. Bu, 1992-ci ildə olmuşdu. "Spartak"da hamı şoka düşmüşdü. Əgər belə yanaşsaq, mənim üzərimdə daha çox hüququ Gürcüstan iddia edə bilərdi – axı köklərim ordandır.

- Həmişə maraqlı olub, niyə "Spartak"dan getdiniz?

- Mən getmədim, məni göndərdilər. O vaxt Romasov klubun həm prezidenti, həm də baş məşqçisi idi. O, istədiyi kimi davranırdı. Təkcə məni yox, Titovu, Tixonovu, Tsımbalaryanı da göndərmişdi… çoxlarını "sındırdı" o dövrdə.

- Bəlkə məsələ rejim pozuntusu ilə bağlı idi?

- Hansı rejim pozuntusu? Biz Tsımbalarla bir dəfə qaydanı pozmuşduq və cəzamızı da çəkmişdik. Bu, 1995-ci ildə idi. Mən isə "Spartak"da 1998-ci ilə qədər oynadım.

- Azərbaycanlı futbolçu ilə oynamısınız, bəs azərbaycanlı klublara qarşı çıxış etmisinizmi?

- Dəqiq xatırlamıram. Ola bilər, axı sizinkilər bəzən Birlik Kubokuna gəlirdilər. Amma düzünü desəm, yadımda deyil.

- Amma eşitdiyimizə görə, bir dəfə Azərbaycan dilini bilməyiniz sizə meydanda kömək etmişdi...

- Bəli, olub (gülür). "Şturm"un heyətində "Qalatasaray"la oynayırdıq. O vaxt Hacının (Rumıniyalı Georgi Hacını nəzərdə tutur – red.) parladığı dövr idi. Onlar cərimə zərbəsi yerinə yetirməli idilər. Hacı komanda yoldaşına türkcə nəsə dedi ki, guya rəqib başa düşməsin. Demək istədi ki, topu burax, mən vuracağam. Mən isə dediyini anladım və dərhal topa atıldım (gülür).

- Hacı yəqin təəccüblənmişdi...

- Şokda idi, ya yox, bilmirəm, amma bir az "tormozladı" (gülür), başa düşmədi ki, avstriyalı komanda oyunçusu bunu necə bildi.

- Sonda, bir sual da: ata-baba yurdunuzun hansı yeməklərini daha çox sevirsiniz, hansılar üçün darıxırsınız?

- (düşünür) Bəlkə də qutablar... Uşaqlıqda hər yay Gürcüstana gedəndə mənim üçün qutab bişirirdilər. Amma təkcə göyərtidən yox, həm də gicitkandan hazırlayırdılar, mən onu çox sevirdim. Moskvada eləsini tapmaq mümkün deyil...

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər