top
Ramin Musayevdən müsahibə: Qurban Qurbanovun özünə kömək lazımdır, milliyə yox Idman.biz
02 oktyabr 2025, 14:35
- ↺ +

Ramin Musayevdən müsahibə: "Qurban Qurbanovun özünə kömək lazımdır, milliyə yox"

"Qarabağ" UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin II turunda Danimarka təmsilçisi "Kopenhagen"i məğlub etməklə Azərbaycan futbolu tarixində yeni ilkə imza atdı.

Matçdan sonra Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti, 2004-2008-ci illərdə "Neftçi" klubunun vitse-prezidenti vəzifəsində çalışan Ramin Musayev "Teleqraf"ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində ardıcıl ikinci qələbə qazanmasını necə dəyərləndirirsiz?

- Təbrik edirəm, lazım olan möhtəşəm qələbəni əldə etdilər. Buna bir möcüzə də demək olar. Çünki futbolda bəzən elə hadisələr baş verir ki, zəif komanda güclüyə qalib gəlir.

Qarşıda güclü rəqiblərə qarşı oyunlar gözlənilir. Onların arasında "Qarabağ"ın məğlub edə biləcəyi komanda da var. Düşünürəm ki, ötən iki oyun Ağdam təmsilçisi üçün böyük təcrübə olacaq. Növbəti matçlarda uğurlar arzu edirəm.

- Rəqiblərin əksəriyyəti Azərbaycanda futbolun səviyyəsinin yüksək olmadığını dilə gətirərək "Qarabağ"a yuxarıdan aşağı baxırlar. Hətta belə deyim var ki, "Qarabağ" Azərbaycan çempionatından ayrı səviyyədir...

- Düzdür, digər komandalarla müqayisədə fərq var. Ancaq bu gün üçün elə düşünmürəm. Çünki yerli komandalardan, məsələn, "Turan Tovuz", "Sabah" və digərləri Azərbaycan çempionatında öz sözünü deyirlər. Düşünmürəm ki, Azərbaycan Premyer Liqası zəifdir. Rəqiblər elə fikirləşə və ya deyə bilərlər.

Guya digər ölkələrin Premyer Liqasında 12-14 komanda varsa, hamısı eyni səviyyədə olur?! Hər yerdə bizim kimidir. Qonşu Gürcüstanda, Türkiyədə də 2-3 güclü komanda var. Ona görə də belə düşüncələr prosesə heç bir təsir göstərməz. Qoy, elə fikirləşsinlər. Əksinə, bu bizə sərf edir. Çünki rəqib qarşıdakı komandaya zəif baxanda, oyunu alınmır.

- Azərbaycanın UEFA-da xal toplayan, ölkəyə əmsal gətirən komandası "Qarabağ"dır. Bu nə vaxta qədər belə davam edəcək?

- Legioner limitinin aradan qaldırılması klublara şərait yaratdı ki, kimin imkanı var, legioner götürsün. Bu, artıq komandaların öz əlindədir. Normal pul xərcləsələr, futbolçulara dəyərində qiymət versələr, daha güclü ola bilərlər.

- Deməli, hər şey pula, maddi gücə bağlıdır?

- Pulsuz uğur əldə eləmək mümkün deyil. Amma pulla birlikdə halallıq, təmizlik də olmalıdır. Harada qara fikirlər varsa, orada iş getməyəcək.

- Qurban Qurbanov stabilliyin önəmli olduğunu deyir. Pulu olub, stabilliyi qorumağa çalışsa da, nəticə əldə edə bilməyən klublar nə etsin?

- "Neftçi"ni götürək. 5 il ardıcıl çempion olduqları vaxtlar vardı. Demək, uğur təkcə puldan asılı deyil, orada çalışanlardan da asılıdır. "Neftçi"də rəhbər çoxdur. Düşünürəm ki, bu, yanlışlıqdır. İdarə edən bir nəfər olmalıdır. "Neftçi"də 5-6 nəfərdir... Kənardan təzyiqlər də var. Ona görə işlər getmir.

Necə olur ki, "Şamaxı"da, "Araz-Naxçıvan"da, "Qəbələ"də alınır, "Neftçi" kimi köklü komandada yox?.. Bu, mümkün deyil. Deməli, daxildə problem var. Baxıram, məşqçidə, futbolçularda problem yoxdur. Bir nəfər sözünü deməli və hər şey ona uyğun getməlidir.

- "Neftçi" çempionluğu hədəfləyən, "Qarabağ"a rəqib komandadır. Mövsümün sonunda komandanın öz istəyinə çatmasını nə dərəcədə mümkün sayırsız?

- Biri var "halva-halva" demək, biri də var un alıb bişirmək. Arzu var, amma hərəkət düzgün deyil. Çempionluq bu gün mümkünsüz görünür. Avrokuboklara bəlkə vəsiqə qazana bilərlər.

- Qarşıya böyük məqsəd qoyulmasa, klublar daha mükəmmələ can atmasalar, nəticə necə hasil ola bilər?

- İnanın, məni klublardan çox milli komandamız düşündürür, ancaq onu fikirləşən yoxdur.

- Niyə məhz milli komanda?

- Klubların nailiyyəti də vacibdir. Amma ən vacibi yığmadır. Sabah hansısa ölkənin millisinə uduzsalar, bu, bizim üçün təhqir olacaq.

- Ayxan Abbasov yığmanın yeni baş məşqçisi təyin olundu. Nəhayət, AFFA rəhbərliyi yerli mütəxəssisə etimad göstərdi. Yaxın gələcəkdə yaxşı nəticələrə ümid edə bilərikmi?

- Ayxan Abbasova uğurlar arzu edirəm. Onun təyinatına həm sevindim, həm də üzüldüm. Yaxşı futbolçu olub, yaxşı məşqçidir. Ən əsası, yaxşı insandır. Bu, sevindirir. Amma çox çətin olacaq. Çünki milliyə heyət yığmaq üçün futbolçu lazımdır.

Baxın, çempionatda oynayan futbolçuların hamısı "11-lik"də var? Əgər futbolçu klubunda mütəmadi oynamırsa, millidə də heç nə edə bilməz. Bu gün milli komandaların heç birini nəticə düşündürmür. Hamısı rəhbərlik qarşısında sözünü tutmağa çalışır. Heç rəhbərləri də düşündürmür. Əgər fikirləşsəydilər, nəsə edərdilər.

Limitin ləğvi millinin bel sütununu qırdı. Klublara xeyri oldu, amma pulu çox olanlara. Legioner gətirilir, burada yaşaması üçün pul xərclənir, amma ehtiyatda oturur.

Abbasov yaxşı nəticə əldə etsə, mən də sevincəm. Yetərli qədər təcrübəsi var. Əsas odur ki, 90 dəqiqə kimə qarşı oynayırsa-oynasın, kompleksə düşməsinlər.

- Qurban Qurbanov Azərbaycanda ən yaxşı baş məşqçi olduğunu zaman-zaman sübuta yetirir. Siz milliyə baş məşqçi olaraq onun adını ağlınızdan keçirdinizmi?

- Xeyr, Qurban Qurbanovun özünə kömək lazımdır, kiməsə kömək edə bilməz. Hazırda Çempionlar Liqasının əsas mərhələsində onu çətin oyunlar gözləyir. Belə düşünürəm ki, onu milliyə götürməməkdə düz ediblər. Bəziləri fikrimi başa düşməyəcək, amma mənə görə, Qurban üçün bu gün daha vacib olan Çempionlar Liqasıdır.

- Necə düşünürsünüz, 2 oyuna 6 xal toplayan "Qarabağ" bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə qədər adlayaraq yeni tarix yaza bilər?

- Niyə yazmır ki?! Hər şey mümkündür. İstək var. Qarşıda Ağdam təmsilçisinin xal ala biləcıyi rəqiblərlə oyunları olacaq. İnanıram ki, bu nəticələrin ardı gələcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:39

Ayxan Hüseynov: “0:0 dəyən oyundan sonra qələbə üçün daha çox çalışmalıyıq”

Futbol
Bu gün, 11:23

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Futbol
Bu gün, 11:08

Gəncəbasar futbolçusu Kəpəzlə sınaq matçı öncəsi hazır olduğunu bildirdi

Futbol
Bu gün, 09:41

UEFA Millətlər Liqası: Günün əsas oyunları və qrup mübarizələri

Basketbol
Bu gün, 09:38

Maykl Cordanın 1998-ci NBA finalının forması 12,26 milyon dollara rekord qiymətə satıldı

Futbol
Bu gün, 09:20

Qana millisinin baş məşqçisi Karluş Keyroş 3 ayda ikinci dəfə istefa verdi

Futbol
Bu gün, 06:31

Kurtua açıqladı: “Atletiko” azarkeşlərinə yönəlmiş kimi görünən sözlər əslində Liverpoola yönəlmişdi

Futbol
Bu gün, 04:03

İspaniya millisinin futbolçusu Niko Uilyams zədə səbəbiylə düşərgədən ayrıldı

Futbol
Bu gün, 02:10

Almaniya və Portuqaliya üçün qalibiyyətlər

Futbol
Dünən, 22:38

Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq”

Futbol
Dünən, 22:14

Manchester United və Chelsea Tomas Araujo’nu transfer etmək istəyir

Futbol
Dünən, 21:39

AFFA Media və İctimaiyyətlə Əlaqələr Şöbə Rəhbəri Murad Axundov Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 19:09

Aqueronun “Mançester Siti”yə transferi: razılaşma masa örtüyündə imzalanıb

Basketbol
Dünən, 17:40

Basketbol Liqasında “Sabah” və “Neftçi” matçları təxirə salındı

Voleybol
Dünən, 16:40

U-20 qadın voleybol milli komandası Qubada EEVZA çempionatı hazırlığını davam etdirir

Futbol
Dünən, 16:40

U-17 Azərbaycan qızlar millisi Kosovoya 8:3, İrlandiyaya 0:16 hesabla məğlub oldu

Futbol
Dünən, 14:48

AFFA İkinci Liqa turnirində beş klub müxtəlif səbəblərlə cərimə aldı

Futbol
Dünən, 11:36

Türkiyə U-21 millisinin heyətinə iki futbolçu əlavə edildi;

Basketbol
Dünən, 11:19

Sabah basketbolunun legioneri Cerri Bleyks: “Komanda olaraq əlimizdən gələni etdik”

Futbol
Dünən, 09:20

Manchester United Jan-Filip Matetaya maraq göstərir

Futbol
Dünən, 09:02

UEFA Millətlər Liqası: Azərbaycan millisi Lixtenşteynlə bu gün 20:00‑də Bakıda qarşılaşacaq

Cüdo
Dünən, 06:29

Olimpiya çempionu Yeldos Smetov Bakıdakı cüdo dünya çempionatından imtina etdi: “Xalqım məni bağışlamaz”

Futbol
Dünən, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Dünən, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Oxşar xəbərlər