top
Ramin Musayev: Neftçinin bu addımı paxıllıqdır, Vernidubun fikridir - MÜSAHİBƏ Idman.biz
05 fevral 2026, 15:44
- ↺ +

Ramin Musayev: "Neftçi"nin bu addımı paxıllıqdır, Vernidubun fikridir - MÜSAHİBƏ

"Yəqin ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub bu fikirdə ola bilər. İnana bilmərəm ki, klub rəhbərliyi bir oyunun təxirə salınması ilə bağlı etiraz etsin".

Bunu Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti və "Neftçi"nin keçmiş vitse-prezidenti Ramin Musayev sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Neftçi"nin "Qarabağ"ın təxirəsalma istəyinə mənfi cavab verməsi ilə bağlı fikirləriniz necədir?

- Yəqin ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub bu fikirdə ola bilər. İnana bilmərəm ki, klub rəhbərliyi bir oyunun təxirə salınması ilə bağlı etiraz etsin. Hər halda, bunun baş məşqçinin işi olduğunu düşünürəm. Rəhbərlik belə bir işə getməz. Vernidub xarici vətəndaşdır, xətrinə dəymirlər də... Azərbaycanda yerli futbolçu və baş məşqçi başqa səviyyədədir, əcnəbi məşqçilər isə tam yüksək yerdə görünürlər. Görünür, baş məşqçinin istəyidir, ona da əməl edirlər.

- Bəs özünüz belə bir addımı necə dəyərləndirirsiniz?

- Vaxt ola bilər ki, "Neftçi"yə də bu cür imkan düşsün. Eyni şərtlər bu komanda üçün də yarana bilər. Düşünürəm ki, o halda "Qarabağ" imtina etməz. Amma vallah, söz tapa bilmirəm...

- Siz hansına önəm verərdiniz: Peşəkarlığa, yoxsa humanizm prinsiplərinə?

- O hərəkət heç bir yerə sığmır. Bir oyundur. Son turun oyunları olsaydı və o xal "Neftçi" üçün böyük önəm daşısaydı, başqa məsələ. Təxirəsalmaya razılıq versəydin, nə olacaqdı?! Yüz faiz əminəm ki, bu, baş məşqçinin fikridir. Başqa söhbət ola bilməz. Çünki klub rəhbərliyinin şəhərə çıxması, insanlarla üz-üzə gəlməsi, insanların ona sual vermələri var. Heç kəs ona getməz. Bu, yalnız baş məşqçinin fikridir.

- Bəs rədd cavabı azarkeşlərin təzyiqi ilə ola bilər?

- Xeyr, inanmıram. Azarkeşlər bunu etməzlər. "Neftçi" tərəfdarlarını çox gözəl tanıyıram, onlara hörmətim var. Xatırlayıram ki, onlar bir neçə il əvvəl öz heyətləri ilə birlikdə "Qarabağ"ı avrokubok matçlarında dəstəkləmişdilər. 99 faiz əminəm ki, bu, baş məşqçinin fikridir.

- Qarşıdakı müddətdə ola bilərmi ki, "Neftçi" fikrini dəyişsin?

- Onlara təzyiqi yalnız öz azarkeşləri göstərə bilər. Rəqib komanda 90 dəqiqə olur. Mənim vaxtında "Neftçi" - "Xəzər Lənkəran" oyunu respublikaya səs salardı. Amma biz 90 dəqiqə rəqib olurduq. Bunu "Xəzər Lənkəran"ın keçmiş prezidenti Mais Mənsimov və sabiq vitse-prezident Tuyqun Nadirovdan da soruşa bilərsiniz. Bakıdakı oyunlar bitdikdən sonra dəfələrlə olub ki, özüm onların azarkeşlərini yola salmışam, imkan verməmişəm ki, "Neftçi" tərəfdarları və ya polislər tərəfindən hər hansı hərəkətlə üzləşsinlər. Lənkərandakı oyunlardan sonra isə Mais müəllim "gedək, yemək yeyək" deyə bizi buraxmazdı. Biz 90 dəqiqə rəqib olmuşuq. Mənə çatmır ki... Bilirsiniz, baş məşqçi bu sözü deyirsə, klub rəhbərliyi "Biz burada yaşayırıq, sən isə iki-üç ilə çıxıb gedəcəksən. Biz azarkeşlərlə, insanlarla, "Qarabağ" rəhbərliyi ilə üz-üzə gələcəyik", - deyə onu başa salmalıdır. Bu, baş məşqçinin fikridir və düzgün fikir deyil.

- Bəlkə Vernidub Ukraynadakı amansız "Dinamo Kiyev" - "Şaxtyor" rəqabətinə öyrəşib...

- (gülür - red.) Mənə çatmır ki, bir oyun "Neftçi" üçün o qədərmi önəmlidir? Yəqin ki, razılıq verərlər. Mən belə düşünürəm.

- Klub fikrini dəyişə bilər?

- "Neftçi" azarkeşləri bu söhbəti bilsələr, ayağa qalxarlar və tələb edərlər ki, düzgün etmirsiniz. Çünki özüm dəfələrlə görmürəm ki, onlar öz bayraq və formaları ilə "Qarabağ"a stadionda dəstək olublar.

- Amma indi əksinə, iki klubun azarkeşləri bir-birilərinə qarşı xeyli aqressivdirlər...

- Ola bilsin, içərilərində 3-5 çılğın azarkeş var. Amma klubun bu addımının bir adı var: Paxıllıq! Mən belə düşünürəm və belə çıxır. Biri var ki, bu oyunun nəticəsi böyük əhəmiyyət kəsb etsin, "Neftçi" qalib gəldikdə çempion olsun və ya avrokuboklara vəsiqə qazansın, "ölüm-dirim məsələsi" olduğu üçün "Neftçi" imtina etsin. Axı indi belə bir şey yoxdur... Olsaydı, "Neftçi"yə hardasa haqq qazandırmaq olardı. Amma bunların heç biri olmaya-olmaya "yox" deməsi baş məşqçi tərəfindən paxıllıqdır.

- İmtina qərarı "Qarabağ"la çempionluq rəqabəti aparan "Sabah" klubundan "Neftçi"yə təzyiqin nəticəsi ola bilərmi?

- Heç vaxt! "Sabah" rəhbərliyini çox gözəl tanıyıram. Mənə elə gəlir ki, "Qarabağ"ı bu nailiyyəti münasibətilə ilk təbrik edə məhz onlar olublar.

- Yeri gəlmişkən, bu mövsüm çempionluq mübarizəsini necə görürsünüz?

- 4 xal böyük fərq deyil. Hələ qarşıda çox oyun var. Vaxtilə elə olub ki, "Neftçi"nin çempionluğuna bir addım qalmış gözlənilmədən elə bir zəif komandadan - AZAL-dan zərbə almışıq ki...

- "Qarabağ" ağır oyun qrafikindən çıxa biləcək?

- Düşünürəm ki, "Qarabağ"ın geniş heyəti var. Sözsüz ki, uşaq vaxtımızdan "Neftçi"yə azarkeşlik etmişik və dönə bilmərik də... Bu, birmənalıdır. Amma reallıqdan, haqqına danışanda gərək azarkeşlik etdiyin komandanı yox, nə varsa, onu deyəsən. "Qarabağ"ın istənilən rəqibə qarşı istər evdə, istərsə də səfərdə oynamaq üçün yetərincə heyəti var. Komandanın heyəti güclüdür, zəifləyə bilməz.

- "Qarabağ" İngiltərə "Nyukasl"ını keçə bilər?

- Futbolda hər şey mümkündür. Niyə də yox?! Kim inanardı ki, o komandaları keçə bilər?

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 02:03

Abbas Hüseynov Dakar-2026 Yay Olimpiya Oyunlarında qılıncoynatma sabre üzrə mübarizəyə çıxır

Futbol
Bu gün, 01:34

Zədə səbəbindən Azərbaycan millisinə qoşulamayan Lorenzo Mezzotero zal məşqlərinə qatıldı

Futbol
Bu gün, 01:03

Ayxan Abbasov Lorenzo Mezzotero’nun milli komandadakı gələcəyini izah etdi

Futbol
Bu gün, 00:47

Özbəkistan Rusiya ilə 3:2 məğlubiyyət, ‘Sabah’ın futbolçusu son dəqiqədə iştirak etdi

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Basketbol
Dünən, 22:55

İki həftəlik fasilədən sonra əsl gücümüzü göstərəcəyik

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Futbol
Dünən, 21:32

PSJ, Arda Güleri'ni yüksək maaşla cəlb etməyi planlaşdırır

Basketbol
Dünən, 21:31

Gəncə Basketbolu: Azarkeşlərə Daha Yaxşı Oyun Göstərmək İstəyir

Digər
Dünən, 21:26

Futsal 2026/2027 mövsümünün açılış tarixi təyin edildi

Futbol
Dünən, 21:17

Flik Pedrinin oyun müddətini tənzimləyərək zədələrdən qoruyur

Oxşar xəbərlər