Azərbaycanlı futbolçu Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" Polşa çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər ki, onun komandası 16-cı turda öz meydanında "Stal"la qarşılaşıb.
Azərbaycan yığmasının heyətində zədələnən 29 yaşlı müdafiəçi bu görüşdə iştirak etməyib. Məmmədovun meydana çıxmadığı oyunda "Radomyak" 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Rahilin komandası 15 oyundan sonra 16 xal toplayıb. "Radomyak" növbəti turda dekabrın 2-də "Motor"un qonağı olacaq.
İdman.biz