Rahil Məmmədov Polşa çempionatında növbətini oyununa çıxıb. Sport24.az xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" öz meydanında "Şlask"la qarşılaşıb.
20-ci tur çərçivəsində keçirilən matçda qalib bəlli olmayıb. Komandalar hərəyə bir dəfə fərqləniblər. Milli üzvüRahil 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Məmmədovun komandası 21 xalla 13-cü pillədə qərarlaşıb. Radom təmsilçisi növbəti turda "Qurnik Zabrze"nin qonağı olacaq.