Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb. Sport24.az xəbər verir ki, komanda səfərdə "Qornik Zabrze"nin qonağı olub.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Bu mərhələnin oyunları 1 matçdan ibarət olduğundan komandalar mübarizəni əlavə vaxtda davam etdiriblər. 93-cü dəqiqədə qonaqların vurduğu yeganə qol oyunun taleyini həll edib.
Meydana start heyətində çıxan Rahil 120 dəqiqəni əvəzolunmadan keçirib.