top
Rahid Əmirquliyev Qarabağ - Çelsi oyunu ilə bağlı PROQNOZLARINI bölüşdü Idman.biz
05 noyabr 2025, 15:57
- ↺ +

Rahid Əmirquliyev "Qarabağ" - "Çelsi" oyunu ilə bağlı PROQNOZLARINI bölüşdü

"Qarabağ"ı çox çətin oyun gözləyir. Rəqib olduqca güclü komandadır".

Bunu "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyevin futbolinfo.az-a müsahibəsində deyib.

– "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu bu gün "Çelsi"yə qarşı keçirəcək. Matçdan gözləntiniz nədir?

– Əlbəttə ki, "Qarabağ"ı çox çətin oyun gözləyir. Rəqib olduqca güclü komandadır. İngiltərə Premyer Liqası dünyanın ən güclü liqalarından, "Çelsi" isə bu liqada çempionluğa oynayan komandalardandır. Bu mənada? "Qarabağ" evdə oynasa belə, çempionumuz üçün çətin sınaq olacaq. Digər tərəfdən, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində pis çıxış etmir. Qazandığı qələbələrlə, göstərdiyi futbolla sübut edir ki, istənilən rəqibə qarşı oynaya bilər. İnanıram ki, "Qarabağ" qələbə qazana bilməsə belə, meydandan 1 xalla ayrılmağı bacaracaq. Heç-heçə də təmsilçimiz üçün yaxşı nəticə sayılar.

– "Qarabağ"ın son matçlarda çətinliklə üzləşməsi "Çelsi" ilə oyunöncəsi komandada narahatlıq yarada bilərmi?

– "Qarabağ" Liqa mərhələsinin ilk oyunlarında əla qələbələr qazandı. Düzdür, "Atletik"ə məğlub oldu, ancaq həmin matçda da pis oyun göstərmədi. Nəzərə alaq ki, Bilbao təmsilçisi də çox yaxşı komandadır. Bəli, çempionatda "Şamaxı" ilə qarşılaşmada da xal itirdilər. Amma düşünmürəm ki, bu baxımdan problemlə üzləşsinlər. Sadəcə, "Çelsi" çox güclü rəqibdir. Bu səbəbdən oyun "Qarabağ" üçün ağır keçəcək.

– Hazırkı "Çelsi" ilə 8 il öncə qarşılaşdığınız "Çelsi"ni müqayisə edə bilərsiniz? Hansı komandanı daha güclü saymaq olar?

– Bəli, bu, "Qarabağ"ın "Çelsi" ilə üçüncü oyunu olacaq. Müqayisəyə gəlincə, "Çelsi" həmişə güclü və iddialı olub. Bu mənada, o komanda ilə hazırkı "Çelsi" arasında böyük fərq olduğunu düşünmürəm. Düzdür, bizim vaxtımızdakı "Çelsi"də təcrübəli futbolçular çox idi. İndiki heyətlərində isə gənclər üstünlük təşkil edirlər. Buna baxmayaraq, London təmsilçisi iştirak etdiyi bütün turnirlərdə yüksək yerlər uğrunda oynayan komandadır.

– "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki ümumi çıxışını necə dəyərləndirirsiniz və belə start gözləyirdinizmi?

– "Qarabağ" Liqa mərhələsindəki uğurlu çıxışı, qələbələri ilə bizi sevindirir. İki qələbələri var, təəssüflər olsun ki, üçüncü matçda məğlub oldular. Ancaq ümumi götürdükdə "Qarabağ" Liqa mərhələsində çox yaxşı çıxış edir. Məncə, heç kim Liqa mərhələsindən öncə bu nəticəni gözləmirdi.

– Sizcə, "Qarabağ" Çempionlar Liqasında 24 komanda sırasına düşə biləcəkmi?

– Hamımız bunu istəyirik. "Qarabağ"ın Çempionlar Liqasında növbəti mərhələyə adlaması həm özü, həm də Azərbaycan futbolu üçün əla nəticə olardı. Bu komanda illərdir Avropa səhnəsində Azərbaycanı layiqincə təmsil etmək üçün əlindən gələni əsirgəmir. Bu, sevindirici haldır. Gedişat, qeydə alınan nəticələr onu göstərir ki, inşallah, "Qarabağ" "24-lük"də olacaq. Düzdür, hələ ağır oyunlar qalıb. Buna baxmayaraq, "Qarabağ"ın 24 komanda sırasına düşəcəyinə dair hər birimizdə inam var. Onlara uğurlar arzulayıram.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Oxşar xəbərlər