top
Rahid Əmirquliyev: Gül kimi karyeramı bitirmişdim, gətirdilər - Şahdağ Qusarın vəziyyəti haqqında MÜSAHİBƏ Idman.biz
22 iyul 2025, 16:43
- ↺ +

Rahid Əmirquliyev: "Gül kimi karyeramı bitirmişdim, gətirdilər" - "Şahdağ Qusar"ın vəziyyəti haqqında MÜSAHİBƏ

Ötən mövsüm Azərbaycan II Liqasının çempionu olaraq I Liqaya yüksələn "Şahdağ Qusar"da qeyri-müəyyənlik hökm sürür. Baş sponsor I Liqaya vəsiqə qazanmış komandaya maliyyə dəstəyi göstərməkdən imtina edir, bununla razılaşmayan klubun direktoru Elçin Cananov istefa ərizəsini yazır, bir sözlə, klub dağılmağa doğru gedir. Hazırda klubda cəmi 6 işçinin qaldığı bildirilir.

Qalanlardan Azərbaycan millisinin veteran futbolçusu, eyni zamanda "Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyev bu məsələlərlə bağlı Teleqraf-ın suallarını cavablandırıb.

- Hazırda "Şahdağ Qusar"da nə baş verir?

- Nə rəhbərlikdən, nə də bir başqa yerdən səs-soraq var. Futbolçulardan kimin təklifi olursa, dəyərləndirib gedirlər. "Şahdağ Qusar"dan ümumiyyətlə, bir xəbər yoxdur.

- Klubda cəmi 6 nəfər işçinin qaldığı deyilir...

- Müqaviləmiz var, qalmışıq. Sadəcə, bir xəbər edən yoxdur ki, klub olacaq, olmayacaq. Yaxud sponsor davam edəcəkmi? Bunu da bizə dəqiq deyən adam yoxdur.

- Bəs baş məşqçi Elnur Abdullayevlə danışığınız olmayıb?

- Baş məşqçi ilə hər gün danışırıq. Əsas, sponsordan səs-soraq yoxdur. Abdullayevin də hamı kimi müqaviləsinin vaxtı bitib. Yəqin, təklif olarsa, dəyərləndirəcək.

- Məlumata görə, şirkətdən "Şahdağ Qusar"a "Gedin, AFFA-nın ayırdığı pulla oynayın" sözləri deyilib. Bununla razılaşmayan klubun direktoru Elçin Cananov istefa ərizəsini yazıb.

- Düzdür, ərizəsini yazmasından xəbərim var. Amma onu təsdiqləmək lazımdır.

- Çempion olub I Liqaya yüksəldiniz. Sponsor daha çox dəstək göstərməli olduğu halda, niyə sizdən əlini çəkdi?

- Səbəbi bilmirik. Neçə dəfə rəhbərliklə görüşüb necə olacağını soruşmuşuq. Yalnız bir söz deyilib ki, sizə məlumat veriləcək. O məlumat da hələ gəlməyib. Ya demirlər ki, biz baxmırıq, gedin, özünüzə başqa iş axtarın, yaxud da komanda olacaqmı, ümid vermirlər. Dəqiq bir söz demirlər.

- Sponsor birdən-birə niyə "Gedin, AFFA-nın ayırdığı pulla oynayın" desin ki?

- Onu bilmirəm. Amma mənə elə söz deməyiblər.

- Ola bilərmi, yeni sponsor gəlib öz komandasını qursun?

- Hər şey ola bilər. Komanda "Azenko" şirkətinin balansındadır. Bilmirəm, onlar komandanı satacaqlar, yoxsa elə-belə kiməsə verəcəklər.

- Qusar stadionu Gənclər və İdman nazirliyinin balansına verilib. Ola bilərmi ki, komanda da kiminsə himayəsinə verilsin?

- Hər şey mümkündür. Mən deyə bilmərəm. Komanda onlarındır, özləri necə istəyir, elə də davranırlar.

- Özünüz indiki durumda nə planlaşdırırsınız: orada qalacaqsınızmı?

- Əlbəttə, istərdim ki, "Şahdağ Qusar" Premyer Liqada çıxış etsin. Mən də qusarlı olaraq bu zaman orada olum. Olmasa da başqa bir şey fikirləşərik. İnanın ki, hələ bilmirəm.

- Rahid Əmirquliyevi heyətində görmək istəyən klub və ya baş məşqçi varmı?

- Görmək istəyən var. Sadəcə, oturub danışmamışam.

- Vəziyyət belə davam edərsə, təklifi müzakirə edəcəksiniz, yoxsa heç bir klubda oynamayacaqsınız?

- "Şahdağ Qusar" olmasa, başqa təklifləri dəyərləndirəcəyəm. Dəvətlər arasında I Liqa və II Liqa klubları var.

- Hadisələr belə cərəyan edərkən, karyeranızı bitirməyi düşünürsünüzmü?

- Bitirmişdim, gül kimi bitirib oturmuşdum da... Gətirdilər ki, "Şahdağ Qusar" üçün nəsə et, bu da belə. Bəlkə bundan sonra karyeramı ümumiyyətlə bitirərəm. Bəlkə bununla da qurtardım.

- Premyer Liqaya yeni gələn "Karvan" və "İmişli"yə köhnə nəsil futbolçular cəlb olunur. Özünüzü bu klublarda oynamaq gücündə hiss edirsinizmi?

- Yox, Premyer Liqada çətin oynayaram. Yəni, "dartmaram".

- Ümumilikdə hansısa klub sizə "vida oyunu" keçirməyi təklif edibmi?

- Xeyr, belə şey olmayıb.

- Bəs gözləntiniz varmı?

- Xeyr, yoxdur. Kimdənsə elə şey gözləmirəm.

- Əvvəl "Səbail" akademiyasında məşqçi olaraq işləyirdiniz. Artıq I Liqaya endikdən sonra akademiya da fəaliyyətini dayandırdı. İndidən sonra Premyer Liqa, yoxsa uşaq məşqçisi kimi davam edəcəksiniz?

- Bəli, məşqçi kimi çalışırdım. Futbolla tam vidalaşsam, yəqin bütün gücümü məşqçiliyə qoyaram. Onsuz da uşaq məşqçisi kimi başlamışam. İndidən sonrasını bilmirəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Futbol
Bu gün, 09:31

Barselona Bavariya müdafiəçisini transfer etməyə çalışır, amma nəticəsiz qalır

Futbol
Bu gün, 09:20

Lion U-17 futbolçuları silahla hücum edildi

Güləş
Bu gün, 09:16

Çimərlik Güləşində Azərbaycan Komandası 3 Qızıl, 1 Gümüş Medal Qazanaraq Unikal Uğur Qazanır

Güləş
Bu gün, 09:01

Dakar 2026 Yay Olimpiya Oyunlarından çimərlik güləşçilərimiz qızıl və gümüş medallar ilə Vətənə qayıtdı - FOTO

Basketbol
Bu gün, 09:00

FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda "Trabzonspor"a qarşı oynayacaq

Futbol
Bu gün, 08:40

Antuan Arno klubun yeni prezidenti seçildi

Oxşar xəbərlər