top
Rahid Əmirquliyev: Ayxan Abbasova vaxt versələr, nəyəsə nail ola bilərik Idman.biz
07 oktyabr 2025, 17:32
- ↺ +

Rahid Əmirquliyev: Ayxan Abbasova vaxt versələr, nəyəsə nail ola bilərik

"Fransa indi dünyanın ən güclü millilərindəndir. Bəlkə də, ən güclüsüdür".

Bunu Azərbaycan milli komandasının sabiq üzvü Rahid Əmirquliyev apasport.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Azərbaycan milli komandasının baş məşqçi postu Ayxan Abbasova təhvil verildi. Ukrayna ilə heç-heçədən sonra bu cür təyinat olacağını ehtimal edirdin?

– Ayxan müəllimə görə sevinirəm, ona uğurlar arzulayıram. Ukrayna ilə oyundan sonra indiki vəziyyətdə düzgün qərardır. Üstəlik, Ayxan müəllimin millidə qalıb, işləməsi haqqıdır. Həmişə millidə yerli məşqçinin tərəfdarı olmuşam. Əminəm ki, o, bu durumda nəsə düzəldəcək.

– Ümumiyyətlə, necə düşünürsən, Ayxan Abbasov milli komandada uğurlu ola biləcək? Təbii ki, qısa zamanda nəsə etmək çətindir. Sadəcə uzunmüddətli müqavilə olduğunu düşünsək, daha bərk, güclü komanda yarada biləcək?

– Ona vaxt versələr, nəyəsə nail ola bilərik. Ayxan müəllimi çempionatdan da tanıyırıq, "Zirə", "Sumqayıt", "Turan Tovuz"da da işləyib. O, harada işləyibsə, orada da çempionatda bərk komanda görmüşük. İnanırıq ki, millidə də bəzi şeyləri dəyişdirib, ən azından bərk, istəkli komanda görəcəyik. Sadəcə bir az vaxt vermək lazımdır.

– Milli komandamızı 3 gündən sonra Fransa ilə matç gözləyir. Millinin heyətinə dəvət edilən oyunçuları yəqin ki, gördünüz. Daha çox Rüfət Abdullazadənin milliyə cəlb edilməməsi müzakirə edildi. Sizcə, futbolçularımızın oynamadığı bu vaxtda, Xorvatiya kimi liqada legioner həyatı yaşayan Abdullazadəni niyə nə Santuş, nə də Ayxan Abbasov milliyə dəvət etmir?

– Millinin heyətinə baxmışam. Aşağı-yuxarı eyni adlardır. Rüfət Abdullazadənin milliyə dəvət edilməməsi haqda nəsə demək düzgün deyil. Çünki bu, baş məşqçinin qərarıdır. Onun qərarına və fikrinə də hörmətlə yanaşmaq lazımdır. Yəqin ki, Rüfətə alternativ variant var deyə, onu çağırmayıb. Başqa futbolçuya üstünlük verib. Bu haqda nəsə deməyim düzgün deyil. Həmişə çalışmışam ki, baş məşqçinin qərarı ilə razılaşaq, hörmətlə yanaşaq.

– Digər məsələ odur ki, milliyə dəvət edilənlər arasında oynamayanlar da az deyil. Mahir Emreli isə artıq 6 oyundur ki, "Kayzerslautern"də meydana buraxılmır. Oyun praktikası aşağı olan futbolçunun milliyə xeyir verməsi inandırıcıdır?

– Düzdür, heyətdə az oynayan futbolçularımız var. Bu da oyunlara təsir edə bilər. Oyun praktikası olmadan, millidə Fransa və ya digər komandalara qarşı oynamaq çətindir. Amma yenə də, bayaq sözümə qayıdıram ki, bunlar sırf baş məşqçinin qərarlarıdır. Ona görə də çalışaq, hörmətlə yanaşaq.

– Yəqin ki, 1995-ci ildəki Fransa–Azərbaycan görüşünü xatırlayırsınız? Bu dəfə böyükhesablı məğlubiyyətin təkrarlanmaması üçün millimizin gücü var? Səncə, indiki millimiz 0:10 uduzan yığmamızdan daha güclü görünür?

– Fransa indi dünyanın ən güclü millilərindəndir. Bəlkə də, ən güclüsüdür. Heyətə baxsaq, çox güclü futbolçular görərik. Bizi çox ağır oyun gözləyir. Ancaq rəqiblər nə qədər güclü olsa da, inanıram ki, Fransada böyükhesablı nəticə olmayacaq. Xalla qayıtmaq ehtimalımız çox azdır. Lakin inanıram ki, uşaqlar sona qədər vuruşacaq və böyükhesablı məğlubiyyət olmayacaq.

– Azərbaycan millisi bu tsikldə artıq bir xalı toplayıb. Bəs, Fransa (ev–səfər), Ukrayna (səfər), İslandiya (ev) görüşlərindən xal çıxarmağımız mümkündür, yoxsa qrupu elə bir xalla başa vuracağıq?

– Əlbəttə, çox çətin olacaq. Fransa, Ukrayna səfəri... Xal götürmək çətin olacaq. İslandiyaya səfərdə böyük hesabla uduzsaq da, inanıram ki, evdə onları məğlub edə və ya xal ala bilərik. Ukraynadan da xal almışıq. Niyə də səfərdə bunu təkrarlamayaq? Düzdür, çox çətindir. Amma inam həmişə var. İnanıram ki, nə qədər çətin olsa da, Ayxan müəllim bunu bacara biləcək."

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər