İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Rafinya zədə səbəbindən La Liqanın IX turunda qarşılaşacaqları "Jirona" ilə oyunu buraxacaq.
"Report" "Diario Sport"a istinadən xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi VI turda "Ovyedo"ya qalib gəldikləri görüşdə sağ bud nahiyəsindən zədələnmişdi.
Futbolçu komandanın ötən gün gerçəkləşən məşqini yarımçıq saxlamaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Rafinya cari mövsüm "Barselona"nın heyətində 7 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.