"Barselona"nın hücumçusu Rafinya La Liqanın "Ovyedo" ilə matçında (3:1) əzələsində narahatlıq hiss edib və 66-cı dəqiqədə əvəz edilib.
İdman.biz-in məlumatına görə, bu gün, sentyabrın 26-da futbolçu komanda yoldaşları ilə məşq etməyib.
Jurnalist Jerar Romero bildirir ki, Rafinya zədə səbəbindən beynəlxalq fasilənin sonuna kimi oynaya bilməyəcək. O, La Liqanın iki matçını və Çempionlar Liqasının 2-ci turunun PSJ-yə qarşı oyununu (1 oktyabr) buraxacaq.
Mənbənin məlumatına əsasən, "Barselona"nın qapıçısı Joan Qarsiya da bugünkü məşq zamanı zədə alıb və o, beynəlxalq fasilənin sonuna kimi sağalacaq.