top
Rafinya Barselonanın dönüşlərində əsas rol oynayır, komanda dirçəlir Idman.biz
03 dekabr 2025, 11:54
- ↺ +

Rafinya "Barselona"nın dönüşlərində əsas rol oynayır, komanda dirçəlir

İspaniyanın "Barselona" futbol komandasının hücumçusu Rafinya komandanın mentalitetini dəyişərək geri dönüşlərin yenidən əsas gücə çevrilməsinə səbəb olub.

İdman.Biz xəbər verir ki, katalonlar son iki çətin qarşılaşmada ardıcıl geridönüşləri məhz Rafinya-Pedri tandemi ilə reallaşdırıb. Mövsümün əvvəlində PSJ, "Real Madrid" və "Çelsi" ilə oynanan ağır matçlarda Hansi Flikin komandası çətinlik çəkirdisə, indi rəqabətcil dominant oyun geri qayıdıb.

İki aylıq zədədən qayıdan Rafinya meydanda pressinqi canlandırıb, hücumların ritmini sürətləndirib və komandanın itirmiş ruhunu bərpa edib. Onun meydanda davamlı təzyiqi, Dani Olmo ilə presinq epizodlarında tələbkarlığı Flikin ən çox əskikliyini hiss etdiyi məqam idi.

"Alaves"lə matçda qolu olmasa da, Pedriyə həlledici ötürmə verib və Lamin Yamalın qol epizodunda müəyyənedici rol oynayıb. "Barselona" bu mövsüm beş oyunda hesabı çevirib və onların dördü Rafinya meydanda olarkən baş verib.

Son bir ayda Xabi Alonsonun çalışdırdığı "Real Madrid" ardıcıl xal itkiləri ilə ritmini itirərkən, Flikin kollektivi beş xaldan geri gələrək liderliyə yüksəlib. Flikin ötən mövsüm "qara noyabr" adlandırdığı dövr bu dəfə madridlilər üçün kabusa çevrilib.

"Atletiko"ya qarşı alınan 3:1 hesablı prestij qələbəsi komandanın yalnız nəticəsini deyil, psixoloji dönüşünü də təsdiqlədi. "Alaves" matçında Flik ilə köməkçisi Markus Sorq arasında yaşanan gərginlikdən sonra Rafinyanın məşqçini sakitləşdirməsi böyük rezonans yaratmışdı. Rafinya Flikə, "Biz inkişaf edəcəyik. Qarşıdakı oyunlarda çox daha yaxşı olacağıq", - deyə bildirmişdi. Üç gün sonra verilən söz tutuldu: texniki heyətdə gərginliyin yerini gülümsəmə aldı.

Qeyd edək ki, Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone də dünən keçirilən oyundan sonra Rafinyanı tərifləyib: "Rafinya inanılmaz oyunçudur. İstənilən mövqedə oynaya bilər. Cinah yarımmüdafiəçisi, yarımmüdafiəçi, hücumçu və ya müdafiəçi kimi. Qol vura, qol şansları yarada, presinq edə və sürətli qaça bilər. Hələ də onun "Qızıl top"u necə qazanmadığını başa düşmürəm. Şəxsən mən həmişə onu seçərdim".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:07

Fyodor Yemelyanenko UFC ilə müqavilə bağlamadığı sirri və Dana Uayt haqqında açıqlama verdi

Futbol
Bu gün, 14:00

Şəki klubuna yeni baş məşqçi təyin edildi: Şəhriyar Məmmədova

Boks
Bu gün, 13:48

Azərbaycan boksçuları 2026 Avropa çempionatlarında 25 medal qazanıb;

Futbol
Bu gün, 13:40

Çin Xarici İşlər Nazirliyi Kilian Mbappenin Bəyanatına Reaksiya Verdi

Qarabağ FK
Bu gün, 13:33

“Neftçi”nin baş icraçı direktoru: “Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik”

Qarabağ FK
Bu gün, 13:25

Maksim Medvedev: Uşaqlara telefon deyil, dəstək verilməlidir

Futbol
Bu gün, 13:20

Mançester Yunayted rəhbərliyi Maykl Kerrikə son şans verib, əvəzləyici hələ seçilmir

Futbol
Bu gün, 13:10

Fleetwood Town, İngiltərə Liqa Kubokunda Arsenalı penaltirilədə məğlub edərək çeyyara yüksəldi

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” “Qarabağ”ın fransalı legioneri Jeremi Qnaliyə maraqlıdır

Güləş
Bu gün, 12:56

Azərbaycan yunan-Roma güləşi millisi dünya çempionatında 2 qızıl və 1 gümüş medal qazanaraq komanda reytinqində ikinci yeri tutdu

Futbol
Bu gün, 12:41

Rui Jorje Bakıda U-15 Dünya Futbol Çempionatı və Festivalını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:40

U-15 Milli Komanda Cənubi Amerikaya 3:1-ə məğlub Oldu

Futbol
Bu gün, 12:36

Messi, 20 illik namizədlik fasiləsi ilə Qızıl Top Rekordunu qırdı

Qarabağ FK
Bu gün, 12:21

Azərbaycanlı hücumçu Lorenzo Mezzotero Sampdoriya əsas komandasına çağırıldı - FOTO

Futbol
Bu gün, 12:20

Çelestini Bernli klubunun yeni baş məşqçisi olacaq

Futbol
Bu gün, 12:13

Zirə Kapitanı Qismət Alıyev: “Medallar üçün mübarizə davam edəcək”

Futbol
Bu gün, 12:00

PFL: Xankəndi və MOİK-in ev oyunlarının Xankəndi stadionunda keçirilməsi məsələsi əsaslı yoxlanılır

Futbol
Bu gün, 11:42

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Futbol
Bu gün, 11:41

Azərbaycan Kubokunda 28 oktyabr: "Kəpəz"dən yürüş, Qusar derbisi və Premyer Liqa takımları üçün sensasiya təhlükəsi

Futbol
Bu gün, 11:40

Chelsea Yasin Ayarini Qazanmaya Cəhd Etdi: Milan, Qalatasaray, Fənərbaxça da Maraqlanır

Futbol
Bu gün, 11:35

Bakıda U15 dünyalı ərsəyagoturan argentinalı gənc Qarfanyoli İtaliya mətbuatında təqdim edildi

Futbol
Bu gün, 11:33

Azər Bağırov: Arsen Vengerin iştirakı ilə keçirilən ustad dərsi məşqçilər üçün böyük dəyər daşıyır

Futbol
Bu gün, 11:26

İspaniya Superkuboku 2027 üçün İstanbul seçildi – Azərbaycan ev sahibliyi təklif etdi

Minifutbol
Bu gün, 11:20

UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" Polşada "Buba Mara"ya qarşı meydanda

Oxşar xəbərlər