top
Rafael Məhərrəmli Turan Tovuz oyunundan sonra: Bəzən elə qollar olur ki, onu sözlə ifadə etmək mümkün deyil Idman.biz
04 noyabr 2025, 13:04
- ↺ +

Rafael Məhərrəmli "Turan Tovuz" oyunundan sonra: "Bəzən elə qollar olur ki, onu sözlə ifadə etmək mümkün deyil"

"Turan Tovuz" hazırda çempionatımızın lideridir. Önəmli xallar yığıblar. Buna baxmayaraq, biz oyuna istəkli hazırlaşmışdıq. Rəqibin kimliyi bizim üçün fərq etmir. Biz hər görüşə maksimum nəticə üçün çıxırıq. Üstün futbol oynadıq, amma nəticə odur ki, rəqib iki dəfə autdan sonra vurdu və qalib gəldi. Biz rəqibin standart vəziyyətlərini bilirdik. Aut, korner...Bunları məşqlərdə də çalışmışdıq. Şans faktoru da önəmlidir. Bəzən elə qollar olur ki, onu sözlə ifadə etmək mümkün deyil. Bu da elə qollardan idi. Futbolda belə şeylər də olur. Bu oyun bizim üçün təcrübə oldu. Artıq "İmişli" ilə oyunu düşünürük".

"Şamaxı"nın kapitanı Rafael Məhərrəmli komandasının Misli Premyer Liqasının 10-cu turunda "Turan Tovuz"a 1:2 hesablı məğlubiyyətini şərh edib. Bununla yanaşı, Tovuz şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasından danışıb:

"Tovuzdakı meydançada oynamaq üçün bir neçə ay da gözləməli idilər. Ancaq belə alındı. Bizim oyunumuza da təsiri oldu. 10 dəqiqədən sonra stadion yararsız vəziyyətə düşdü. Buna baxmayaraq, çalışdıq, vuruşduq. Autdan başqa rəqibə demək olar ki, ciddi epizod vermədik", - deyə sportal.az-a açıqlamasında deyib.

Məhərrəmli, komandasının turnir cədvəlinin 9-cu pilləsində deyil, daha üst pillələrdə qərarlaşmağa layiq olduğunu düşündüyünü dilə gətirib: "Əlbəttə ki, oynadığımız futbol hazırkı pilləyə uyğun deyil. Nəticə də önəmlidir, amma futbol oynamaq da bir o qədər önəmlidir. İnanıram ki, nəticəmizi daha yaxşı edib, yuxarı pillələrdə olacağıq".

26 yaşlı futbolçu növbəti turda qarşılaşacaqları "İmişli" görüşü barədə isə ümidli olduğunu söyləyib: "İmişli" çempionata çox yaxşı başlayıb. Yeni komanda olsalar da, keyfiyyətli futbolçulara sahibdirlər. Ancaq həmişə dediyim kimi, bizim üçün rəqibin kim olması fərq etmir. Çünki hər oyuna eyni istək və motivasiya ilə çıxırıq. Bu da həmin matçlardan biridir. Oyuna ən yüksək nəticə üçün çıxacağıq".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Bu gün, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Bu gün, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Bu gün, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Bu gün, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Oxşar xəbərlər