top
Rafael Məhərrəmli: Qarabağdan xal almaq hər komanda üçün arzuolunandır - Şamaxı futbolçusunun müsahibəsi Idman.biz
27 oktyabr 2025, 16:03
- ↺ +

Rafael Məhərrəmli: "Qarabağ"dan xal almaq hər komanda üçün arzuolunandır - "Şamaxı" futbolçusunun müsahibəsi

"Oyunun çətin keçəcəyini bilirdik. Axı bu, "Qarabağ"dır".

Bu sözləri səfərdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra "Şamaxı"nın futbolçusu Rafael Məhərrəmli sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Oyun haqqında nə deyə bilərsiniz?

- Oyunun çətin keçəcəyini bilirdik. Axı bu, "Qarabağ"dır. Belə komandaya qarşı oynamaq hər futbolçu üçün xüsusi hissdir. Düşünürəm ki, bu oyundan alınan bir xal bizim üçün yaxşı nəticədir. "Qarabağ"dan xal almaq hər komanda üçün arzuolunandır.

- Komanda olaraq oyunlarınızı necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, komanda şəklində daha yaxşı olmağa doğru gedirik. Qarşıda çox oyunlarımız var və hər qarşılaşmada oyunumuzu daha da inkişaf etdirəcəyik.

- Milliyə dəvət almırsınız. Bu, sizdə hansı hissləri yaradır?
- Milli komandada oynamaq hər bir futbolçunun arzusudur. Bunun üçün sadəcə çalışmaq, əzmkarlıq göstərmək lazımdır. Qalan qərarları isə məşqçilər verir - onlar hər şeyin ən doğrusunu bilir.

- Növbəti oyun barədə nə deyə bilərsiniz?

- Növbəti oyunumuz "Turan Tovuz"la olacaq. Rəqib çox güclüdür, amma biz bu qarşılaşmaya "Qarabağ"la oyundakı eyni istəklə və motivasiya ilə hazırlaşacağıq.

- Keçən oyun evdə "Kəpəz"dən məğlubiyyət aldınız. Bu oyunlar arasında nə fərq vardı?

- Bu, futboldur. Düşünürəm ki, ötən oyunda qırmızı vərəqə çox böyük rol oynadı. Amma buna baxmayaraq, komanda yaxşı mübarizə apardı. Necə ki, bu oyuna ciddi hazırlaşmışdıq, növbəti qarşılaşmalara da eyni səviyyədə hazırlaşacağımıza inanıram.

- Premyer Liqada komanda sayının artmasının bir futbolçu kimi sizə təsiri necədir?

- Keçən mövsüm Premyer Liqada 10 komanda var idi, bu mövsüm isə 12. Məncə, bu dəyişiklik müsbət təsir edib. Rəqabət artıb, hər bir komanda daha güclü çıxış edir. Keçən il eyni komandalarla daha çox qarşılaşırdıq, indi isə rəqiblər müxtəlifdir. Bu da həm təcrübə, həm də inkişaf baxımından müsbət amildir. Hazırda liqada zəif komanda yoxdur. Hər bir rəqibə qarşı ciddi yanaşır və oyundan maksimum nəticə əldə etməyə çalışırıq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Oxşar xəbərlər