Portuqaliya millisinin hücumçusu Rafael Leao DÇ-2026-nın seçmə mərhələsində Macarıstanla oyunda iştirak etməyəcək.
"Report" xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.
26 yaşlı futbolçunun "Milan"ın heyətində İtaliya Kuboku oyununda aldığı zədəsi hələ tam sağalmayıb.
Yığmanın baş məşqçisi Roberto Martines forvardın 29 dəqiqə meydanda olduğu İrlandiya ilə görüşdəki performansından narazı qalıb.
Leao müayinəsini davam etdirmək və tez sağalmaq üçün klubunun düşərgəsinə yollanıb.
Qeyd edək ki, Portuqaliya - Macarıstan oyunu oktyabrın 14-də keçiriləcək.