Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev "Sabah" futbol klubunun forması ilə foto paylaşıb.
İdman.Biz xəbər verir ki, qaydasız döyüş növləri üzrə idmançı "Sabah" klubunun 5 nömrəli formasını eyninə geyinərək "İnstagram" səhifəsində paylaşım edib.
Lakin idmançı paylaşımına hər hansı şərh verməyib.


Qeyd edək ki, bir müddət bundan əvvəl R.Fiziyev 25 il bundan öncəki fotosunu paylaşaraq gündəm olmuşdu.