top
Rafael Bünyatov: Uğursuzluqdan qurtulmaq üçün artıq addımlar atmağa başlamışıq Sport24.az
15 yanvar 2025, 14:27
- ↺ +

Rafael Bünyatov: "Uğursuzluqdan qurtulmaq üçün artıq addımlar atmağa başlamışıq"

ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov müsahibə verib. Sport24.az xəbər. verir ki, o, bu gün sponsorluq müqaviləsi imzalayacaqları Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir"lə bağlı planları açıqlayıb. R.Bunyatov bölgə klubunu inkişaf etdirmək üçün atacaqları addımlar barədə danışıb.

 

- Seçimi "Mingəçevir" klubunun üzərindən etməyinizin xüsusi səbəbləri varmı?

- Bildiyiniz kimi, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, həmçinin inzibati bölgələrdə idmanın müxtəlif növlərinə xüsusi diqqət və qayğı ilə yanaşılmasına böyük əhəmiyyət verir. Mingəçevir də futbol ənənələri olan şəhərlərimizdən biridir. Azərbaycanın ən yaxşı futbolçularının yolu bir zamanlar bu şəhərdən keçib. Şəhərdəki insanların futbola münasibətini və futbol ənənələrini nəzərə alaraq seçimimizi "Mingəçevir" üzərindən etdik.

 

- Başqa variantlar da olub, yoxsa ilk gündən ancaq "Mingəçevir" variantının üzərində dayanmısınız?

- Əlbəttə, başqa variantlar da var idi. Amma Futbolun İnkişaf Fondu ilə müvafiq məsləhətləşmələrdən sonra seçimimiz məhz I Liqada çıxış edən "Mingəçevir" klubu oldu. Əsas məqsədimiz komandanın mövcud potensialını daha da gücləndirmək, qısa zaman kəsiyində hələlik daxili çempionatda rəqabət qabiliyyətli futbol oynayan, müasir tələblərə cavab verən bir komanda formalaşdırmaqdır.

 

- İnfrastrukturla bağlı hansı dəyişikliklər planlaşdırılıb?

- Bəli, infrastrukturla bağlı dəyişikliklər planlaşdırılıb. Mütləq qaydada köklü dəyişikliklər həyata keçirilməli, komandanın maddi-texniki bazası gücləndirilməlidir. Çünki müasir futbol bunu tələb edir. Hazırda sənədləşdirmə və layihələndirmə mərhələsindəyik. Maddi bazası güclü olmayan klub inkişaf edə bilməz. Bu baxımdan ilkin olaraq zəruri infrastruktur dəyişiklikləri aparılmalı və klubun mövcud bazası təkmilləşdirilməlidir. Qeyd olunan istiqamətdə lazımi addımlar atılır və yaxın zamanlarda idman ictimaiyyəti bunun nəticəsi ilə tanış olacaq.

 

- "Mingəçevir" klubunun qısa və uzunmüddətli hədəfləri nə olacaq?

- Qeyd etdiyim kimi, klubun tez bir zamanda təşkilati baxımdan yenidən qurulması, maddi-texniki bazasının və heyətinin gücləndirilməsi, I Liqada yuxarı yerlər uğrunda mübarizə aparacaq səviyyəyə çatdırılması qısamüddətli hədəflərimizə aiddir. Uzunmüddətli hədəflərə gəlincə, əlbəttə, Azərbaycan Premyer Liqasında çıxış etmək bizim üçün ən böyük uğur olardı.

 

- "Mingəçevir" Azərbaycan I Liqasında hazırda sonuncu sıradadır. Uğursuzluqdan qurtulmaq üçün hansı addımları atacaqsınız?

- Bəli, komanda hazırda I Liqada sonuncu sıradadır. Amma oradan qurtulmağımız üçün xal fərqi böyük deyil. Önümüzdəki oyunların sayını, yəni mövsümün başa çatmasına 16 tur qaldığını nəzərə alsaq, I Liqada yerimizi qalacağımıza inamımız böyükdür. Uğursuzluqdan qurtulmaq üçün artıq addımlar atmağa başlamışıq. Yenilənmiş texniki heyətimiz var, yeni oyunçuların cəlb olunması prosesinə başlanılıb. Komandada əhval-ruhiyyə çox yüksəkdir. Önümüzdəki oyunlarda çox fərqli "Mingəçevir" görəcəksiniz.

 

- Bu il olmasa da, növbəti mövsüm maksimum hədəf Premyer Liqaya vəsiqə qazanmaq olacaq?

- Növbəti mövsümdə hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaq deyil. Amma "Mingəçevir"in növbəti mövsümdə çox iddialı olacağını deyə bilərəm.

 

- Mətbuatda baş məşqçi postuna "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədovun təyin ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Bəli, doğru məlumatdır, baş məşqçimiz Füzuli Məmmədovdur. Baş məşqçi ilə bağlı bir neçə variantı nəzərdən keçirdik, hədəflərimizə ən uyğun gələn mütəxəssis kimi Füzuli Məmmədovu seçdik. Füzuli müəllimə inamımız böyükdür. Onun keçdiyi məşq prosesindən, futbolçularla münasibətindən razıyıq. İnşallah, uzun müddət bizimlə bir yerdə olar.

 

- Gələcəkdə komandanın daha tanınmış yerli və ya əcnəbi mütəxəssisə tapşırılması nəzərdə tutulubmu?

- Əvvəlcə qeyd etməliyəm ki, Füzuli müəllim kifayət qədər tanınmış mütəxəssisdir. Əcnəbi mütəxəssisə gəlincə, sualınıza indiki halda belə cavab verə bilərəm ki, komandanın texniki heyətində nə zamansa əcnəbi məşqçilərin olması mümkündür. Amma həmin əcnəbi məşqçi Füzuli Məmmədovun və ya hər hansı başqa azərbaycanlı məşqçinin köməkçisi qismində texniki heyətdə yer ala bilər.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Oxşar xəbərlər