top
Rafa Silvanın Beşiktaşdakı böhranı bitdi: Trabzonspor derbisində oynaya bilər Idman.biz
05 dekabr 2025, 11:06
- ↺ +

Rafa Silvanın "Beşiktaş"dakı böhranı bitdi: "Trabzonspor" derbisində oynaya bilər

Türkiyənin "Beşiktaş" klubunda çıxış edən portuqaliyalı yarımmüdafiəçi Rafa Silva həftələr sonra yenidən komanda ilə birgə məşqlərə qatılıb. Bir müddət əvvəl futbolu buraxmaq istədiyini bildirən, daha sonra ölkəsinə qayıtmaq niyyətini açıqlayan 31 yaşlı futbolçunun böhranı müvəqqəti də olsa aradan qalxıb.

İdman.Biz xəbər verir ki, klub prezidenti Serdal Adalı və baş məşqçi Sergen Yalçının birgə mətbuat konfransından sonra Rafa zədəni əsas gətirərək məşqlərə çıxmırdı. İlk mərhələdə karyerasını bitirəcəyini deyən futbolçu, menecer şirkətinin açıqlamasından sonra qərarını dəyişsə də, "Beşiktaş"da xoşbəxt olmadığı üçün ölkəsinə qayıtmaq istədiyi ortaya çıxmışdı.

"Benfika"nın transfer siyahısında olan və ərəb klublarının da maraq göstərdiyi Rafa Silva üçün Serdal Adalı sərt mövqe sərgiləmiş və "15 milyon avro (təxminən 27,6 milyon AZN) gətir, get", - deyə xəbərdarlıq etmişdi. Müqaviləsinin bitməsinə 1,5 il qalan futbolçunun alacaqlarına qarşılıq azad buraxılma tələbi isə klub tərəfindən qəbul edilməyib.

Təcrübəli "10 nömrə"nin bu həftə "Qaziantep " ilə oyunda forma geyinməsi çətin görünür. Lakin onun gələn həftə səfərdə baş tutacaq "Trabzonspor" derbisində heyətdə yer ala biləcəyi bildirilir. Baş məşqçi Sergen Yalçın son açıqlamasında vəziyyətə belə münasibət bildirib: "İstəsə, biz buradayıq. Problem yoxdur. Qapımız açıqdır".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Dünən, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Dünən, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Dünən, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Dünən, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Dünən, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Dünən, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Dünən, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Dünən, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Dünən, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Dünən, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Oxşar xəbərlər