"Sportinq"in hücumçusu Viktor Qyökereşin sərbəstqalma məbləği azaldılıb. Sport24.az xəbər verir ki, isveçli hücumçu öz istəyi ilə klubla anlaşıb.
Bu barədə "A Bola" nəşri məlumat yayıb.
Qyökereşi istəyən klublar 70-75 milyon avrosundan keçməli olacaq. Oyunçunun sərbəstqalma məbləği daha öncə 100 milyon avro idi.
26 yaşlı futbolçu bu mövsüm 40 oyunda 39 qol vurub, 9 məhsuldar ötürmə edib.