Pep Qvardiola 2025-ci ilin yayında "Mançester Siti"ni tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Elgoldigital" məlumat yayıb.
"Şəhərlillər"in rəhbərliyi komandanın yenidən strukturlaşmaya ehtiyacı olduğunu düşünür. Və artıq Qvardiolanın kimin əvəzləyəcəyi də məlumdu. Rəsmilər "Mançester Siti"nin baş məşqçi postuna "Jirona"nın çalışdırıcısı Mişeli dəvət etməyi düşünür.
Qeyd edək ki, Mişelin rəhbərlik etdiyi "Jirona" ötən mövsüm La Liqada üçüncü yeri tutub və tarixində ilk dəfə Çempionlar Liqasına iştirak etmək hüququ qazanıb.