"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola əsaslı dətişikliklər etməyi planlaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bəzi əsas oyunçular yayda "şəhərlilər"in düşərgəsini tərk edəcəklər.
İspaniya mətbuatının yazdığına görə, Pep İspaniya çempionatında çıxış edən bir neçə futbolçunu komandasında görmək istəyir. Adı çəkilənlər arasında Avropa çempionları Niko Uilyams, Martin Subimendi və "Real"ın qapıçısı Andrey Lunin də var.