"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Frans Futbol"un ötən mövsümün ən yaxşı on oyunçusu siyahısına daxil edilməsi (9-cu yer) münasibətilə "Siti"nin qapıçısı Canluici Donnarummanı təbrik edib.
İdman.biz bildirir ki, bundan başqa, italyan qolkiper ötən mövsümün ən yaxşı qapıçısı seçilib.
"Mən həmişə eyni şeyi deyirəm: doqquzuncu, altıncı və ya 12-ci olmağın fərqi yoxdur. Orada olmağınız mövsümü yaxşı keçirdiyiniz deməkdir. Mənə elə gəlir ki, Donnarumma hər mövsüm bu siyahılara düşür, o, həmişə bura yaxındır, çünki o, yaxşı qapıçıdır" - deyə "Manchester Evening News" Qvardioladan sitat gətirib.
İdman.biz