"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada "Brayton"a uduzduqları görüşü şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:
"Biz hələ bitməmişik. Futbolda məğlubiyyətlər də qaçılmazdır. Bu vəziyyət mənim üçün sınaqdır. Çətinlikləri sevirəm və geri çəkilməyəcəyəm. Həmişəkindən daha çox uğur qazanmaq istəyirəm".
"Mançester Siti" Premyer Liqada ardıcıl ikinci oyunda uduzub. Komanda hazırda 23 xalla ikinci sıradadır və lider "Liverpul"dan 5 xal geri qalır.