top
Qurbanovdan qələbə şərhi Sport24.az
02 avqust 2024, 23:07
- ↺ +

Qurbanovdan qələbə şərhi

"Qarabağ" Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Avrokuboklardakı digər klublarımıza uğurlar arzulayıram. Əfsuslar olsun ki, "Sumqayıt" mübarizəni dayandırdı. Amma yaxşı oyunla uduzdular. Demək olar ki, böyük şansları var idi. Səfər matçında çox inamlı oynadılar. İnanırıq ki, gələn il daha yaxşı nəticələri olacaq. Özümüzə gəldikdə, vacib qələbə oldu. Rəqibi tam yaxından tanımırdıq. Əlimizdə rəqib haqda çox az məlumat var idi. Amma ümumən Elmar Baxşıyevin oyun sistemindən xəbərdarıq. Keçənilki oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, çox bərk komandaya qarşı oynadıq. İlk oyun göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq.

Qələbə qazansaz da, sanki narazı idiniz. Hansı məqamlar sizi qane etmədi?
- Oyundan narazı qalmadım. Futbolçuların bəzi epizodlarda davranışından narazı idim.

- Elvin Cəfərquliyevin tez-tez qırmızı vərəqə alması psixolojidir, yoxsa istəkdəndir? Sanki əsas heyətdəki yerini də Toral Bayramova uduzub...
- Hərəsindən bir az var. İstəklidir. Ən aktiv futbolçularımızdan biri olub. Hücumda çox iştirak edən oyunçu müdafiədə səhvlərə çox yol verir. Torala uduzub deyəndə, bir tərəfdən yaxşı haldır. İki oyun da cəzası var idi. Görünür ki, oyun praktikası azdır. Elvin idman formasını bərpa edən futbolçudur. Kartlara gəldikdə, daha çox düşünməlidir. Epizodlardan düzgün nəticə çıxarmalıdır. Get-gedə sayı çoxalır. Bir az problemə çevrilir. Qarşıdakı oyunlara baxacağıq. Belə hallar təkrarlansa, daha ciddi düşünməyimiz lazım olacaq.

- "Ludoqorets" haqda hansı fikirdəsiz?
- Canlı baxmışam oyunlarına. İki gün öncə onların oyununda idim. Dünən gəlmişəm. 9 ildir ard-arda qruplarda oynayırlar. "Ludoqorets"in böyük təcrübəsi var. Çox bacarıqlı, fərdi ustalığı olan oyunçulara sahibdir. Çox sürətli oyun oynayırlar, hücumu yaxşı tamamlayırlar. Ciddi hazırlaşmağımız tələb olunur. Komanda oyunu öz yerində, fərdi və təkbətək mübarizələrdə diqqətli oynamalıyıq. Bu, çox vacibdir. Əks-hücumların qarşısını almaq da vacibdir. Buna hazır olmalıyıq. Məşqçi də hiss olunur ki, çox tələb edir bu oyunu. Bir neçə kombinasiyaları var, bundan istifadə edirlər. Hamımız üçün maraqlı oyunlar olacaq. Ola bilər ki, çox güc səef edək. Taktiki mübarizə də gedə bilər. Çox hazırlıqlı olmalıyıq.

- 5-6 il əvvəl "Ludoqorets"lə iki yoxlama matçı keçirmişdiz. İndiki və əvvəlki komanda arasında fərq var?
- Tam fərqlidir. Yoxlama oyunlarında nəticəyə önəm vermirəm. Yoxlama matçlarında komandanın gücünü bilirsən. Həmin oyunlarda səhvlər çox olur. Futbolçular optimal formadan uzaq olurlar. Fərqləndirmək çətin olardı. 5-6 il əvvəlki futbolla indiki də bir deyil. Təcrübə də böyük rol oynayır.

- Niyə məhz özünüz bu oyunu izləməyə getdiz?
- Bu komandaya qarşı heç vaxt rəsmi matçda oynamamışdıq. Mənim üçün də maraqlı idi ki, "Ludoqorets" 9 ildir qruplarda çıxış edir. Həm "Ludoqorets", həm də "Dinamo" (Minsk) yaxşı komandadır. Bolqarlar ilk oyunda "Dinamo"ya qalib gəlsə də, Belarus klubu aqressiv oynamışdı. "Ludoqorets"in gücünü daha yaxından görmək üçün ora getmək qərarı verdim.

- Azarkeşlər sizə qruplarla bağlı mesaj verdi. Gücünüz çatacaq?
- Gücümüz var. Şükür Allaha gücümüz həmişə olub. Hər il çalışırıq ki, daha yaxşı hazırlaşaq. Bu, futboldur. İstənilən nəticə ola bilər. Bizim kimi digər rəqiblər də hazırlaşırlar, Bizim kimi ölkə klublarının da arzusudur ki, ÇL-də qruplarda iştirak etsinlər. Biz də istəklə işimizə davam edirik. Yaxşı nəticə üçün çalışırıq. Görək də, necə olacaq.




Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:11

18 dekabrda Gənclər və İdman Nazirliyi 'Üzgüçülük hamı üçün' yarışına start verəcək

Qarabağ FK
Bu gün, 11:00

“Qarabağ” və “Sabah”ın rəmzi komandaya seçilmədiyi məlum oldu

Voleybol
Bu gün, 10:55

Neftçi və AZERRAIL Super Liqanın dördüncü turunda 17:00-da qarşılaşacaqlar

Futbol
Bu gün, 10:40

Uotdord klubu Edvard İordanesku ilə baş məşqçi təyin olunması üçün danışıqlara başlayıb

Digər
Bu gün, 10:23

Azərbaycan İdman Akademiyası dünyada ilk 5 ulduzlu idman profilli ali təhsil müəssisəsi oldu

Futbol
Bu gün, 10:20

Genk klubunun baş məşqçisi Jess Torupu istifaya göndərildi

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”da yeni ayrılıq? Braziliyalı yarımmüdafiəçi Pedro Bikalyoya həm Braziliyanın, həm də Macarıstanın klubları maraq göstərir!

Futbol
Bu gün, 09:54

FIFPro 2026 Dünya Ulduzlar Komandası Açıqlanıb: Messi 18-ci dəfə seçildi

Futbol
Bu gün, 09:40

Aston Villa 19 yaşlı yarımmüdafiəçisini beş illik müqavilə ilə bağladı

Basketbol
Bu gün, 09:31

Neftçi Yunanistanın 'Mikonos' klubu ilə FIBA Avropa Kubokunda görüşəcək

Futbol
Bu gün, 09:20

Fransa klubu Yannik Kaüzakı işdən çıxarır

Basketbol
Bu gün, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Oxşar xəbərlər