top
Qurbanov: Azarkeşlərsiz futbol çox sönük görünür Sport24.az
19 aprel 2025, 23:13
- ↺ +

Qurbanov: "Azarkeşlərsiz futbol çox sönük görünür"

Misli Premyer Liqasının XXXI turunda keçirilən "Qarabağ" – "Neftçi" (3:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

 

– Azarkeşlərə təşəkkür etmək istəyirəm. Stadionda tam başqa ab-hava var idi. Bu stadionda hələ belə dəstək olmamışdı. Hər oyun onları gözləyirik. Azarkeşsiz futbol çox zəif görünür. Bugünkü oyunda azsaylı azarkeş olsaydı bəlkə də belə maraqlı oyun olmazdı. Futbolçularımı təbrik edirəm. Sona qədər motivasiyalarını qorudular. Buna baxmayaraq, "Neftçi" bir neçə qol epizodu yaratdı. Onlara və Samirə uğurlar arzulayıram. Onun üçün asan deyil ki, istədiyi futbolu göstərsin. Amma mən məşqçi olaraq bunu görürəm.

 

– İlk hissədə 3 qol vursaz da ikinci hissədə də hücumlarınız dayanmadı. Bu, "Araz-Naxçıvan"la oyuna hazırlığınızın işarəsidir?

– Belə bir planımız yox idi. "Səbail"lə oyunda da fikirlərimi bildirmişdim ki, hələ belə tsiklda 8 gün boş qalan vaxtımız olmamışdı. Düzü bir az narazılığım var idi. Həm güc, həm dözümlülük barədə bir az narazılığım var idi. Amma görünən odur ki, proqramımızı düz tutmuşuq. 90 dəqiqə öz güclərini ortaya qoydular.

 

– Öncə çempionluq münasibətiylə sizi təbrik edirəm. Bir həftə əvvəl Bayılda Səbaillə oyundan sonra demişdiniz ki, "Nə olursa olsun, oyun günü komandanın yanından ayrılmaq istəmirəm." Bu gün isə Hacı Əliyevin obyektinin açılışında iştirak etmisiniz. Bu da ictimaiyyət arasında birmənalı qarşılanmır. Sizcə, İcraiyyə Komitəsindəki həmkarlarınız sizdən inciməz?

– Hələ çempion olmamışıq. Buna bir az fərqli yanaşmaq lazımdır. İK-da 10-15 dəqiqəlik yığıncaq olmur. Orada saatlarla müzakirələr gedir. Onlara bir gün əvvəldən fikirlərimi bildirirəm. Hacının kiçik biznesinin açılışında isə gedib uğurlar arzulayıb qayıtdım.

 

– Medina 4 oyundur ki, oynamır. Yayda da müqaviləsi bitir. Onunla yolları ayıracaqsız?

– Medinaya gəlincə, Matteusla əvəzlənib. Bu, o demək deyil ki, oyunundan razı deyiləm. Sadəcə Silvaya daha çox şans vermək istəyirəm. Medina bizim oyunçudur.

 

– Abbas zədədən sonra daha az vaxt qazanır. Torala rəqabətdə uduzur?

– Abbasın 2 zədəsi olmuşdu. Çox yüklənən əzələ problemi var idi. Baldır nayihəsində bu var idi. İnşallah ki, qarşıdakı oyunlarda şans veriləcək

 

– Çoxlu qol epizodlarını qaçırtmağınız sizi narahat etmir?

– Tam yox. Bir var epizoda məsuliyyətsiz yanaşmaq, bir də var ki, daha çox istəkdən belə hallar olur. Nəzərə alaq ki, Kadidə bu epizodlar daha çox oldu.

 

– Nəriman 37 oyunda 12 qol 11 asistlə irəliləyir. Razısız?

– Yaxşı mənada çox dəyişilir. Daim diskussiyalarımız olur. Futbolu daha çox sevməlidir və daha işgüzar olmalıdır. Tam razı deyiləm. O öz üzərində daha çox çalışsa, onun potensialı daha yüksəkdir. Belə olsa bombardirlər siyahısında lider olmalı idi. Buna borcludur.

 

– Mahir Emrelinin müqaviləsi yayda bitir. Onu komandaya cəlb etmək istəyirsiz?

– Bizim Mahirlə danışığımız olmayıb. Onsuz da onun məqsədi daha çox Avropada oynamaqdır. Onun orada oynamağı daha məsləhətdir.

 

– Musa Qurbanlının ayrıldığı "Yurqorden" və bu il yeganə məğlub etdiyiniz "Bodo-Qlimt" Konfrans Liqasında yarımfinala yüksəldi. Musa oradan ayrıldığına peşman deyil?

– Bu barədə danışmamışam. Peşmanlığa ehtiyac yoxdur. Hardasa uğurlu, hardasa uğursuz olursan. Geriyə yox, gələcəyə baxmaq lazımdır. "Bodo-Qlimt" bunu haqq edirdi. Mənim çox diqqətimi cəlb edən komandadır. Adlı-sanlı klublara 3-4 qol vururlar. İnanın ki, imkanım olsa hətta oraya təcrübəyə də gedərəm. "Tottenhem"lə qarşılaşacaq. O da bizim komandadır (gülür). Hər ikisinə uğurlar arzulayıram. Keçən mövsüm bizim də yarımfinala çıxmaq şansımız var idi. Ən azından bizim oynadığımız klublardan biri finalda oynayacaq.

 

– Demək olarmı ki, builki rəqiblərinizə görə "Qarabağ"ın bəxti gətirmədi?

– Oyunların ümumi keyfiyyətinə baxsaq, bizim qalib gəlmək şanslarımız daha çox olub. Nələrisə düz etməmişik. Belə xırda detallar var. Hansınınsa bizə qarşı oyunda 5 baş üstün oynadığını deyə bilmərəm. Böyük bir təcrübə oldu. Xüsusən, böyük oyunlarda məğlub olmaq futbolçulara təcrübə verir. Digər tərəfdən sistemin dəyişməsiylə 1/8 əlimizdə oldu. Növbəti illərdə qruplara düşsək, builki səhvlərdən yayınarıq.

 

– Yassin Benzianı növbəti mövsüm komandanızda görmək istəyərsiz?

– İstəyərəm. Ümumiyyətlə, danışıqlar gedir. Hələ qarşıda bir neçə ay var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Oxşar xəbərlər