Azərbaycan milli komandasının və "Qarabağ" klubunun müdafiəçisi Elvin Cəfərquliyevin "Atletik" – "Qarabağ" matçındakı davranışı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
İdman.Biz xəbər verir ki, epizod zamanı futbolçu hücumu sona qədər oynamayıb, əvəzində komanda yoldaşına etiraz edib.
"Qarabağ"ın baş məşqçi Qurban Qurbanovun bu vəziyyətə reaksiyası isə kameralara düşüb və sosial mediada geniş rezonans doğurub.
İzləyicilər Qurbanovun sərt reaksiyasını haqlı sayaraq, bu səviyyədə — xüsusən də Çempionlar Liqasında — belə davranışın qeyri-peşəkar olduğunu qeyd ediblər.
Xatırladaq ki, "Atletik" – "Qarabağ" matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.