top
Qurban Qurbanovun çempionluqla bağlı açıqlaması Sport24.az
27 aprel 2025, 22:42
- ↺ +

Qurban Qurbanovun çempionluqla bağlı açıqlaması

Misli Premyer Liqasının XXXII turunun "Sabah" - "Qarabağ" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

 

- Futbolçularımı təbrik edirəm. Bir illik əziyyətdən sonra çempion olduq. Bu, məni sevindirir. Həqiqi çempionluq oyunu oldu. Hər iki tərəf ağıllı və dinamik oynadı. Azarkeşlərimiz də bu çempionluğa layiqdir. İlboyu bizimlədirlər, tək qoymurlar. "Sabah"a uğurlar arzu edirəm. 

 

- Futbolçular üçün sanki çempionluq adiləşib...

- Uşaqları oyunda motivasiyada saxlamaq asan deyil. Onların arzusu olmada, bunu etmək çətin olar. İlk dəqiqələrdən sona kimi yaxşı mübarizə apardılar. Hər uğurun ilkləri daha xoş olur. Mən isə həmişə növbəti uğur üçün can atıram.

 

- Kubokun finalında da bu komandayla qarşılaşacaqsınız. Nəsə yoxladınız?

- Heyəti tam dəyişmişdik. Son matçlarda demək olar, eyni heyətlə oynayırdıq. Yorğunluq hiss olunurdu. Həm uşaqları qorumaq istəyirdim. Yükləmə olanda bərpa bir az zaman alır. Çoxdan oynamayan uşaqlar da dinamikanı qorumağa çalışdılar. Onlara təşəkkür edirəm. Hər çempionatda belə heyətlə oyunlarımız olur və onlar çempionluqda böyük pay sahibidir.

 

- Qarşıdakı oyunlarda da rotasiyalar olacaq?

- Ola bilər. Çalışıram ki, futbolçuların idman formasını qoruyum. Gedişata görə addımlar atacağıq.

 

- Komandada köklü dəyişikliklər olacağı iddia edilir. Belə plan var?

- Köklü dəyişiklik ağır gəlir. Vəziyyətə uyğun addım atmağa çalışacağıq. Hansı futbolçu ilə işləmişəmsə, onu göndərmək istəməmişəm. Onların əziyyətini görürəm. Buna görə kimisə göndərmək istəmirəm. Baş məşqçi kimi ayrılıqlar çətin gəlir. Komandaya yeni nəfəs vermək, aktivləşdirmək üçün şansımız olsa, addımlar atacağıq. Heyətimizə yeni oyunçular qatmaq istəyirik. Bəzi gedənlərin yeri boş qalıb. Qlobal dəyişiklik olacağını demək olmaz.

 

- Penalti olmasaydı, xal qazanmaq şansınızı necə dəyərləndirirsiniz?

- Penaltidən qol vuranda da xal verilir. Penalti olmasaydı, qələbəmiz olmazdı demək düzgün deyil. İl ərzində 3-4 dəfə penalti qolu ilə xal qazanmışıq. Qol epizodlarımız olur. 

 

- "Sabah"ın oyunçularını necə xarakterizə edərdiniz?

- Onları həmişə dəyərləndirmişəm. Sürətli, texnikalı oyunçuları var. Bu komandaya qarşı yaxşı oynamaq üçün çox hazırlaşmalıyıq. Düşünülmüş hücumları olur. Diqqətsizlik qapımızda qola səbəb oldu.

 

- Tahir Gözəl bildirdi ki, 4-5 transfer olacaq. Bu haqda nə deyə bilərsiniz?

- Hər ilin sonunda rəhbərliklə müzakirələrimiz olur. Qarşılıqlı təşəkkür edirik. İşimizi düzgün yetirsək, birlik möhkəm olsa, uğur olur. Danışacağıq. İllərboyu həmişə istəmişik ki, yayda daha çox transfer edək. Bəzən olub ki, 4-5 transfer istəyib, sonda 2 yeni oyunçu gətirmişik. Diqqətimdə olan oyunçular var. Bəzən hər istədiyin oyunçunu gətirə bilmirsən. Avropaya meyilli olurlar, maliyyə baxımından fərqli istəkləri olur. Hər bir halda, yeni nəfəs lazımdır. Daha uğurlu olmaq istəyiriksə, çox çalışmalı, heyətimizi gücləndirmək istəyirik.

 

- Benzia və Marko Veşoviçin klubdan çox maaş istədiyi yazılır. Bu oyunçularla bağlı vəziyyət necədir?

- İstəyərəm ki, bu oyunçularla illərlə birlikdə olaq. Bir-birimizi yaxşı anlayırıq. Yazılanlar doğru deyil. Hansısa futbolçunun yüksək maaş tələbi olduğu üçün müqavilə bağlanılmadığı kimi məsələ olmayıb. Futbolçular bir yaşdan sonra son addımlarını atmaq istəyirlər. Veşoviç və Benziada maaş məsələsi olmayıb. Hər oyunçunun öz yeri var. Futbolçular öz bacarıqlarına görə fikirlərini bildirirlər. Kadi gəldi deyə, kimsə maaşımı artırın deməz. Bəzən olub ki, bir futbolçuya ilboyu danışığımız olub. Oyunçular üçün də qərar vermək asan olmur. Onların özlərinə də çoxlu məsləhət verən olur. Onları anlayıb, sərbəst buraxıram. Futbolçu karyerası qısadır, olduğun yerdə ürəkdən oynayır, bu komandanın uğuru üçün güclərini sona kimi qoyursa, mən də hansısa kompromisə getməliyəm.

 

- Çempionlar Liqasında hədəf nə olacaq?

- Fikir bildirə bilmərəm. Hələ vaxt var. Hər il daha yaxşı olmaq istəyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər