top
Qurban Qurbanov Zirə oyunu, transferlər və milli komanda məşqçisi barədə danışdı Sport24.az
12 sentyabr 2025, 23:15
- ↺ +

Qurban Qurbanov "Zirə" oyunu, transferlər və milli komanda məşqçisi barədə danışdı

"Qarabağ" Misli Premyer Liqasının 4-cü turunda öz meydanında "Zirə" ilə 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Yaxşı oyun oldu, meydanda gərgin mübarizə getdi. Açığı, istəməzdim oyun bitsin, temp daha 15-20 dəqiqə davam etsəydi maraqlı olardı. Təəssüf ki, futbol 90 dəqiqədən ibarətdir. Texniki səhvlərimiz var idi. Qarşıda da yaxşı hazırlaşmış rəqib var idi. Məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Nəticədə bir xal əldə etdik. Rəşad Sadıqovu yaxşı oyuna görə təbrik edirəm və ona uğurlar arzulayıram. Öz oyunumuzdan tam razı qalmadım, amma futbolçuların əzmkarlığı xoşuma gəldi.

 

Kamilo Duranın oyununu necə dəyərləndirirsiniz? "Benfika" ilə matçda onu meydanda görəcəyik?

- Ümumən pis oynamadı. Hücumçuya xas hərəkətlər etdi və rəqib üçün təhlükəli anlar yaratdı. Ola bilsin ki, hələ tam mövqeyə uyğunlaşmayıb. Amma vaxtımız var, "Benfika"ya qarşı qərarı rəqibi tam analiz etdikdən sonra verəcəyik.

 

- Nəriman Axundzadənin vəziyyəti necədir?

- Durumu pis deyil. Amma yaxın günlərdə komanda ilə məşqlərə qoşulması gözlənilmir. Çempionlar Liqasındakı ikinci oyununadək kollektivə qatılacaq.

 

- "Qarabağ" Ramil Şeydayevlə anlaşıb?

- Hazırda belə bir reallıq yoxdur. Zədəli futbolçularımız var, oyunçu sayı ilə bağlı çətinliklər ola bilər. Dünən eşitdim ki, "Neftçi"dən ayrılıb. Doğrudur, bu barədə düşünməyə vaxtım olub, amma hələ ki, konkretlik yoxdur. Əlbəttə, dəyərləndirəcəyik. O, bizdə oynamış futbolçudur. Hazırkı hazırlıq səviyyəsini bilmirəm. Buna da baxacağıq.

 

- Bu həftə AFFA İcraiyyə Komitəsinin iclası olub. Həmin iclasda iştirak etmisiz?

- Bu həftə iclas olub? Məncə, olmayıb. Ola bilsin, onlayn formatda keçirilib.

 

- Sizcə, yığmanın növbəti baş məşqçisi yerli olmalıdır, yoxsa əcnəbi?

- Mən də şablon cavab verim? Burada əsas kriteriyalara düzgün əməl olunmalıdır. Tanıdığım bir neçə yerli məşqçi var ki, çox çalışırlar, öz üzərində işləyirlər. Onların işgüzarlığını hər zaman yüksək qiymətləndirmişəm. 4-5 məşqçimiz var ki, gecə-gündüz özünü inkişaf etdirməyə çalışır. Bu da nəticə, intizam və kollektivçilik gətirir. Xarici məşqçiləri isə yaxından tanımıram. Ona görə də hər zaman öz məşqçilərimizə üstünlük vermişəm. Millidə də, klublarda da yerli məşqçilərə güvənmək lazımdır.

 

- Emin Mahmudov sizin millidəki rekordunuzu yenilədi. Bununlaa bağlı nə deyə bilərsiniz?

- Onu təbrik etmişəm. İdmanda daimi heç nə yoxdur. Emin işgüzar, intizamlı və nümunəvi futbolçudur. Onu yenə də təbrik edirəm. Rəqəmlər o qədər də önəmli deyil. Digərlərinə də motivasiya olar ki, onun rekordunu təzələsinlər.

"Benfika"nı gözucu təhlil etmisiz?

- Bəli, baxmışam. Onları necə tanıyırqsa, elədirlər. Çox dinamik futbol oynayırlar. Hazırda Portuqaliyada ən dinamik oynayan komandadır. Oyunçular bir-biri ilə yaxşı balanslaşdırılıb. Yenə də geniş analiz edəcəyik. Çalışacağıq ki, onlara qarşı yaxşı oynayaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər