"Çox istərdim ki, nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
52 yaşlı mütəxəssis Azərbaycan kubokunun "Zirə" ilə sabah keçiriləcək final görüşünə həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: "Zirə" çox ciddi rəqibdir. Bizim hər oyunumuz asan olmur. Xüsusilə də son görüşlər".