top
Qurban Qurbanov Şkendiya oyunundan sonra: Bu, böyük problemdir Sport24.az
12 avqust 2025, 22:51
- ↺ +

Qurban Qurbanov "Şkendiya" oyunundan sonra: "Bu, böyük problemdir"

Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" – "Şkendiya" oyunundan (5:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Vacib qələbə qazandıq. Stadionda yaxşı atmosfer var idi. Oyuna gəlincə, futbolçuları təbrik edirəm. Bundan daha yaxşı olmalıyıq. Yaxşı, bolqollu oyun oldu. Azarkeşlərin gözlədiyi kimi matç keçdi. Rəqibə uğurlar arzu edirəm.

 

– Oyundan əvvəl belə hesablı qələbə gözləyirdiniz?


– Düşünməyi deyə bilmərəm, amma istəyərdim. İstənilən oyunda çoxqollu matç ola bilər. Əsas olan keyfiyyətli oynamaq, minimum imkanlardan maksimum istifadə edə bilməkdir.

 

– Hikmət Cəbrayılzadənin oyunu haqda nə deyə bilərsiniz?


– Hikmət bir neçə aydır, bizimlədir. Akademiyamızdan məşqlərə oyunçular cəlb edirik. Potensiallarına baxırıq. Hikmət gəldiyi gündən bacarığını göstərir. Düzdür, hələ çox çalışmalıdır. Qarşıdakı oyunlarda da şans qazana bilər. Əsas odur, özü işgüzar olsun, futbolu düşünsün.

 

– Bu oyun sizə "Lex"lə matçı xatırlatdı?


– Bəzən belə oyunlar olur. Qol buraxanda sonra qalib gələ bilmək vacibdir. Futbolçuların özlərinə inamı artır. Amma açığı "Lex"lə oyunu xatırlatmadı.

 

– Sami Mmaenin oyunu haqda fikirləriniz nədir?


– Onun oyunu cəlbedicidir. Lazım olan anda lazım olan yerdə olur. Oyunu idarə etməyi bacarır. Ondan razı qaldım. İdman formasından uzaq olsa da, məşqlərdə çox çalışır, istəklidir.

 

– Yankoviçin qayıdışı, Kadinin öz mövqeyinə dönməsi oyun planına hansı təsiri etdi?


– Bütün oyunçuların sağlam olmasını istəyirəm. Hər oyunçunun öz keyfiyyəti var. Bir neçə il birlikdə oynayanlar bir-birilərini yaxşı tamamlayır. Təcrübə, ustalıq belə matçlarda önəmli olur.

 

– Növbəti mərhələdə hansı rəqib münasib olardı?


– Bu haqda düşünmürəm. Arzuladığım rəqib yoxdur. Kim düşsə, oynayacağıq.

 

– Premyer Liqada ilk turun "Sabah"la oyununun təxirə salınması komandaya mənfi, ya müsbət təsir edəcək?


– Hansısa təsirin olacağını düşünmürəm. Oyunlar arasında vaxt məsələsi var. Ona görə təxirəsalınma texniki nüansdır. "Sabah"a da avrokuboklarda uğurlar arzu edirəm.

 

– Rəqibin boşluqlarını hansı anda gördünüz?


– Hücumlarımız daha sürətli idi. 2-ci qoldan sonra rəqib motivasiyadan düşdü. Bu onlara təsir etdi. Cinahlardan keyfiyyətli hücumlar qurmağa çalışırıq.

 

– Komanda yaxşı nəticə əldə etsə də yenə təzyiqlər, tənqidlər var. Sanki ölkə futbolunun yükü "Qarabağ"ın çiyinlərindədir. Belə halda oynamaq çətin olmur?


– Yük varsa, deməli, işlər də keyfiyyətli olmalıdır. Dərindən düşünməli, aktiv olmalısan. Digər klublarımızın Avropada mərhələ adlamasını istərdim. "Sabah"ın şansları var. Onlara uğurlar arzu edirəm. İllərdir, eyni proseslər demək olar, gedir. Azərbaycanlıların hər sözü, tənqidi mənə xoşdur. Bu, bizi daha məsuliyyətli olmağa çağırır. Nə qədər gücümüz var, çalışacağıq.

 

– Çempionatda 3 komanda Şamaxıda süni örtükdə oynayacaq. Çempionatın gedişində belə meydançalarda çox oynamaq Avropadakı matçlarınıza necə təsir edəcək?


– Çox təsir edəcək. Tək meydança deyil, azarkeş məsələləri də var. Başqa ölkələrdə çempionat oyunlarında hər oyunda yaxşı azarkeş atmosferi olur. Bu, futbolçulara da təsir edir. Süni örtüklü meydançalar minusdur. Oyun keyfiyyəti, futbolçu həvəsi aşağı düşür. Bunlar da həm inamsızlığa gətirir, həm də zədələrə yol açır. Bu, böyük problemdir. Təsəvvür edin, avrokubok matçlarından sonra oyunumuz süni örtüklüyə düşsə və günorta oyunlar olacaqsa, bizimçün zərbədir. Əfsuslar olsun, bu gün belədir
Həmişə gələcəyə pozitiv baxmalıyıq. Hər dəfə bunu deyirik, daha yaxşı olar. Azından komanda sayı artdı. Amma 3 komandanın eyni süni örtüklü meydançada oynaması mənfi haldır. Çalışacağıq, maksimum ehtiyatlı olaq.

 

– Dani Boltun sonradan oyuna daxil olması nə ilə bağlıdır?


– Zədədən yeni qayıdıb. Formasını yavaş-yavaş bərpa edəcək. Həmin mövqedə Mateus Silva ilə böyük rəqabətdədirlər.

 

– AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Problemləri orda qabarda bilərsiniz. Sizcə, orda sizi bu məsələdə dinləyərlərmi?


– Məsələni qaldırmağa ehtiyac yoxdur. Bunu orada olan hamı bilir. Komandalara güzəşt müddəti verilib. Məsələ hər iclasda müzakirə olunur. Bununla bağlı işlər görüləcək. Ümid edirəm ki, klublar tərəfindən bunlar edilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Oxşar xəbərlər