top
Qurban Qurbanov Şkendiya oyunundan sonra: Bakıda daha diqqətli olmalıyıq Sport24.az
06 avqust 2025, 01:03
- ↺ +

Qurban Qurbanov "Şkendiya" oyunundan sonra: "Bakıda daha diqqətli olmalıyıq"

Bu gün UEFA Çempionlar Liqasında növbəti görüşünə çıxan "Qarabağ" "Şkendiya" ilə üz-üzə gəlib. Ağdam təmsilçisi ilk hissədə vurduğu qolla Şimali Makedoniyada 1:0 hesabı ilə qalib gəlməyi bacarıb. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təsmilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçularıma sona kimi mübarizə apardıqlarına görə təşəkkür edirəm. Təbii ki, texniki səhvlərimiz oldu. Lakin nəticə üçün oynamağı bacardıq. Rəqib komanda haqqında xoş sözlər demək olar. Əvvəlki 2 oyunda qalib gəldiklərinin təsadüf olmadığını sübut etdilər. Hər bir halda bu cür oyunda belə bir komandaya qarşı qalibiyyətlə dönmək böyük bir avantajdır, amma biz Bakıda daha diqqətli və ciddi olmalıyıq. 

 

- Stadionda 20 mindən çox azarkeş var idi. Bu atmosfer haqqında fikirləriniz? 

- Futbolun gözəlliyi azarkeşdir. Belə bir stadionda bu cür atmosfer oyunu daha da gözəlləşdirdi. "Şkendiya" bu atmosferdə daha da motivasiya olmuşdu. Biz bir neçə il bundan əvvəl bu stadionda oynamışdıq, lakin bu cür azarkeş dəstəyi ilə qarşılaşmamışdıq. 

 

- Kadi Borgesin bu gün zəif təsir bağışladığı fikri ilə razısınızmı?

- Ola bilər bəzi epizodlarda zəif təsir bağışladı. Amma bu gün bunu müzakirə etməli deyilik, çünki rəqibin gücünü də nəzərə almaq lazımdır. Ona qarşı rəqib müdafiəçilər daha çox diqqət ayırırdılar. Hər bir oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz. 

 

- Azərbaycanda bir çox albaniyalı futbolçu oynayır. Həmin oyunçulardan və "Şkendiya"nın heyətindəki futbolçulardan "Qarabağ"da görmək istədiyiniz biri varmı?

- Mənim komandamda bir çox alban futbolçu olub. İlk ağla gələn Ansi Aqolli və Admir Telidir. Onlar mənim üçün həm dəyərli insan həm də yaxşı oyunçular idi. Ümumiyyətlə, Balkan ölkələrinin futbolçularında həmişə güclü bir xarakter olub. "Şkendiya"nın heyətindən hansısa futbolçu haqqında fikir bildirməyim düzgün olmaz.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Fənərbaxça ÇL-də 10 oyunlu qələbəsiz seriya ilə rekord qırdı

Futbol
Bu gün, 09:17

PSJ, Kvaratskhelianın zədəsindən sonra uzunmüddətli müqavilə uzadılmasını planlayır

Futbol
Bu gün, 09:00

Qəbələ və Neftçi'nin sabiq baş məşqçisi Roman Qriqorcuuk Ukraynada 200-ci oyunu oynayan 14-cü məşqçi oldu

Futbol
Bu gün, 08:51

Arsenal Çempionlar Liqasında 15 oyunlu məğlubiyyətsizlik seriyasını qoruyur

Digər
Bu gün, 08:40

"Sabah"ın rəqibi qışda hücumçusunu satmaq istəyir

Futbol
Bu gün, 08:20

PSJ-nin iki aparıcı futbolçusu zədələnib və bir neçə həftə sahədən uzaq qalacaq

Futbol
Bu gün, 08:17

"Arsenal" və "Manchester United" Evanilson üçün 65 milyon avroluq təkliflərlə rəqabət aparır

Futbol
Bu gün, 08:00

Çempionlar Liqası üçün həftənin oyunçusu namizədləri açıqlandı

Futbol
Bu gün, 07:52

Arteta və Kompani Çempionlar Liqasının 2:2 bərabərliyini şərh etdilər

Futbol
Bu gün, 07:21

Mourinyo, Real Madrid‑nin Barcelona qarşısındakı üstünlüyünü və az istirahət vaxtını açıqladı

Futbol
Bu gün, 05:31

Devlan Rays: "Harri Kein Qızıl top mükafatına şübhəsiz layiqdir"

Futbol
Bu gün, 04:27

Arda Turan: “İnter”ə 0:1 məğlubiyyətdən sonra daha yaxşı nəticəyə layiq idik

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Basketbol
Bu gün, 02:34

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 01:12

Fabregas: "Bəzi futbolçularımız üçün Çempionlar Liqasında cəmi üçüncü oyun"

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Futbol
Bu gün, 00:31

Manuel Neuer Çempionlar Liqasında üçüncü ən çox oyun keçirən futbolçu oldu

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Oxşar xəbərlər