top
Qurban Qurbanov Şelburn matçı öncəsi: Minimal hesablı məğlubiyyət də bizə sərf edə bilər Sport24.az
22 iyul 2025, 23:26
- ↺ +

Qurban Qurbanov "Şelburn" matçı öncəsi: "Minimal hesablı məğlubiyyət də bizə sərf edə bilər"

"Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah səfərdə "Şelburn"un qonağı olacaq. Sport24.az xəbər verir ki, oyunöncəsi keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- İlk olaraq bildirim ki, çox yaxşı bir komandaya qarşı oynayırıq. Bu komanda haqqında ancaq xoş sözlər demək olar. Çünki komandanın oyunu canlı izləyərkən özünə xas bir oyun üslubunun olduğunu görürük və bu üslubu çox intizamlı yerinə yetirən futbolçular da var. Rəqibin oyun təcrübəsi baxımından üstünlüyü bizdən yüksəkdir. Onlar hazırda həm çempionatda,həm də Çempionlar Liqasında mübarizəni davam etdirirlər. Buna görə də, form baxımından bizdən daha yaxşıdırlar. Ancaq hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq və sabahkı oyunda səhvsiz oynamağa çalışmalıyıq. İnanıram ki, azarkeşlər üçün maraqlı oyun olacaq. Baxmayaraq ki, azarkeşlərin sayı burada azdır, amma sanki 10-15 minlik stadionda oynayırsan. Çünki onların azarkeşlərinin sayı az olsa da, istəklərini Belfastda canlı gördüm. 

 

- Təhlükəni daha çox nədən gözləyirsiniz? 

- Sürətli əks-hücumları və çox yaxşı hücuma hazırlaşan komandadır. Standart vəziyyətlərdən də təhlükəli olduqlarını deyə bilərəm. Sabah biz çalışmalıyıq ki, az səhv edək və beləliklə istədiyimiz nəticəni əldə edək. 

 

- "Qarabağ" avrokuboklarda böyük təcrübəyə malikdir. Artıq, 11 ildir ardıcıl olaraq qrup mərhələlərində iştirak edir. Bu uğurun sirri nədir?

- Mən buna sirr deməzdim. Klub öz işinə çox məsuliyyətli yanaşır. Rəhbərlik səviyyəsində elə iş qurulub ki, hər il ən azından uğur qorunub saxlanılmalıdır deyə bir prinsip var. Əfsuslar olsun ki, hər dəfə düşündüyümüz nəticəni əldə edə bilmirik. Amma bu 11 ildə qruplarda oynamaq həqiqətən bir uğur kimi düşünülə bilər. 

 

- Bir neçə il əvvəl İlandiyada "Dandolk"la qarşılaşma var idi. Həmin matçda heç-heçə qeydə alınımışdı və Bakıda qələbə qazanaraq mərhələni keçmişdiniz. Sabah da eyni situasiya ilə qarşılaşsanız, buna münasibətiniz necə olar?

- Ola bilər ki, minimal hesablı məğlubiyyət də bizə sərf edər. Belə ki, Bakıdakı oyuna daha yaxşı hazırlaşmaq imkanımız olacaq. Ancaq bizi sabah çox istəkli və intizamlı kollektivə qarşı oyun gözləyir. Mən bunu tərif olaraq demirəm. Bu gün onlar bunu haqq edirlər. Bu stadionda oynamaq heç də asan deyil. Sabahkı oyunda hər bir nəticə ola bilər. Hər bir halda, qalib cavab qarşılaşmasında bəlli olacaq. 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:28

"Bavariya"dan "Arsenal"a

Digər
Bu gün, 22:20

Zaur Həşimov “Kəpəz”ə məğlubiyyət barədə: “Oyuna pis başladıq”

Futbol
Bu gün, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Bu gün, 21:50

“Futbolçuların beyinlərinə girə bilmirəm”

Digər
Bu gün, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Bu gün, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Bu gün, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Bu gün, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Digər
Bu gün, 20:52

Peşəkar Çövkən Liqasında çempionluq sona bir tur qaldı

Futbol
Bu gün, 20:45

Canni İnfantino: U‑15 dünya çempionatı və festivalı istedadlı futbolçulara şans yaratmağın vacibliyini vurğuladı

Futbol
Bu gün, 20:45

Unai Emery: Manchester City üzərində qələbə 'fantastik gün' yaratdı

Digər
Bu gün, 20:25

Kür həndbol komandası Avropa Kubokunda Bosniya klubuna məğlub oldu

Digər
Bu gün, 20:21

“Kür” komandasının məşqçi köməkçisinin açıqlamaları: gənc heyət, çətin hazırlıq və yeni federasiyanın yaradılmasını gözləyirik

Futbol
Bu gün, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Bu gün, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Bu gün, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Bu gün, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Bu gün, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Digər
Bu gün, 19:48

“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Oxşar xəbərlər