top
Qurban Qurbanov Sabahla oyundan və rəqib məşqçisinin hərəkətindən danışdı Sport24.az
01 mart 2026, 22:48
- ↺ +

Qurban Qurbanov "Sabah"la oyundan və rəqib məşqçisinin hərəkətindən danışdı

"Sabah" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Qarabağ"la 3:3 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

Bu gün çox maraqlı oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlərin görmək istədiyi kimi matç oldu. Rəqibin hücum xətti çox güclüdür. Futbol elə səviyyəyə çatıb ki, belə hesab hər oyunda baş verə bilər. Futbolun sevilən tərəfi ondadır ki, bəzən düşünmədiyin hallar ilə üzləşirsən. Məni narahat edən futbolçularımın bərpasıdır. Çox gərgin qrafikdə oynayırdıq. "Nyukasl"dan sonra belə bir matç oldu. 3 gün sonra kubok, sonra yenidən çempionat oyunu olacaq.

 

- Hakimin oyunun əsas vaxtına 6 dəqiqə əlavə etməsi barədə düşüncəniz? Sizcə az deyildimi?

- Belə bir matçda, bu qədər oyunun dayandığı oyunda 6 dəqiqənin əlavə edilməsi məncə də az idi. Bəzən elə oyunlar olur ki, heç kim onun bitməsini istəmir.

 

- Matç başa çatandan sonra rəqib komandadakı həmkarınızla 1-2 dəqiqəlik söhbətiniz oldu...

- Rəqibin köməkçi məşqçisi bizə qarşı ədəbsizlik elədi. Danışığımız da bu yöndə idi. Bildirdim ki, bizim bütün heyətdən buna görə üzr istəmək lazımdır. O da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm. 

 

- Son dövrədən gözləntiniz nədir? Komandanın psixoloji cəhətdən hazır olduğunu düşünürsünüzmü?

- Məni düşündürən məqam futbolçuların bərpasıdır. Çox sıx bir qrafikdə oynayırdıq. Ümumiyyətlə çempionatımız maraqlı gedir. Qarşıda yüngül rotasiyalar edərək futbolçuları tam hazır vəziyyətə gətirəcəyik.

 

- Matçdan sonra futbolçular sevinirdilərmi, yoxsa bərabərliyə üzülənlər var idi?

- Oyundan sonra sevinənlər də, narazı qalanlar da var idi. Futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Xaraktersiz bir nəticə əldə edə bilmərik. Məcbur deyilik ki, hər il çempion olaq. Futbolda belə termin yoxdur. Biz sonadək mübarizə aparacağıq. Biz bu gün "Sabah"ın gücünü daha yaxşı bildik. Qalib gəlmək istəyiriksə, bugünkündən daha yaxşı oynamalıyıq. 

- Bəhlulun yoxluğunda müdafiədə dəyişiklər etməyə məcbur qaldınız. Dani Boltun sağ cinahda rəqibinə uduzduğunu, Aleksey Kaşukun da zəif çıxış etdiyini gördük...

- Bu gun belə bir heyət çıxarmağı uyğun gördüm. Bolt deməzdim ki, zəif çıxış etdi. Qarşısında çempionatın ən sürətli oyunçularından olan Maluda var idi. Ona qarşı da normal çıxış ediyini düşünürəm. Kaşuk da isə bəlkə də həyəcan var idi. Daha yaxşı oynaya bilərdi. 

- Musa Qurbanlı haqda düşüncələriniz nələrdir? Start heyətdə oynamağa hazırdırmı sizcə?

- Musa çox əziyyət çəkir. Bu cür davam eləsə, start heyətində də yer ala bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər