top
Qurban Qurbanov: Rəqib bütün hazırlıqlarını bizə qarşı quracaq Idman.biz
23 aprel 2025, 20:10
- ↺ +

Qurban Qurbanov: "Rəqib bütün hazırlıqlarını bizə qarşı quracaq"

"Futbolçularımı təbrik edirəm. Bir az gərginlik, yorğunluq var idi. Buna baxmayaraq komandam sona qədər təmkinli qaldılar və rəqibin səhv etməsini gizlədilər. Sonda bundan istifadə edə bildik. Elmar Baxşıyevə, onun komandasına uğurlar arzulayıram".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Araz-Naxçıvan"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Azərbaycan kuboku yarımfinal mərhələsinin cavab oyununda qazanılmış 3:0 hesablı qələbəni şəth edərkən bildirib: "Rəqibin oyununu dəyərləndirmək lazımdır. Hesabda 0:1 geridə idik. Rəqib çox düzgün, ağıllı müdafiə olunurdu və əks-hücumlara hazırlaşırdı. Onların ilk hissədə bir neçə qol epizodu oldu. Bizim hazırlığımız da bunun üzərində getmişdi. Topsuz oyunçularımıza çox yaxşı təzyiq edirdilər. İlk yarıda top itkilərimiz çox oldu. Rəqib daha aktiv idi. İkinci hissədə biz təzyiqi artırdıq və bundan istifadə etdik. Həmişə demişəm ki, kubok matçları çempionatdan fərqlidir. Bu, normaldır. Belə oyunlara daim hazır olmalıyıq.

Qurban Qurbanov finaldakı mümkün rəqiblərinin Avropa kuboklarına vəsiqə uğrunda yarışdıqlarını vurğulayıb: "Belə bir düşüncəm yoxdur. Sadəcə onu bilirəm ki, finalda qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq. Çünki, hər ikisinin avrokuboklarda iştirak etmək şansı həmin oyundan asılı olacaq. İstənilən rəqib bundan sonra bütün hazırlıqlarını bizə qarşı quracaq. Hələ vaxt var. Hər iki komandaya uğurlar arzulayıram. İstəyərdim ki, ikisi də avrokuboklarda iştirak etsin. Hər iki klub böyük sərmayə qoyub. Bu iki klubun strukturunu nümunə olaraq göstərə bilərik. Yalnız nəticəyə yox, uğurun davamlı olmasına sərmayə yatırıblar. "Neftçi"nin də, "Sabah"ın da çox yaxşı bazası var. Biz də kuboku yenə qazanmaq istəyirik. Finalda məğlub olmaq kimi bir düşüncəmiz olmayacaq. İstərdim ki, futbolçularımın titul sayı daha da artsın".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər