top
Qurban Qurbanov: Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım Sport24.az
01 noyabr 2024, 21:11
- ↺ +

Qurban Qurbanov: "Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım"

"Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Mübarizəli, dinamik matç oynadılar. Möhtəşəm ab-hava var idi. Çox istərdik ki, 3 xal qazanaq. Amma bir xal da pis nəticə deyil". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

 

- Qarşıdakı matçınız "Bodo-Qlimt"lə olacaq. Onlar da süni ot örtüyündə oynayır. "Turan Tovuz"la görüş bu mənada yaxşı oldu?

- Haradasa belə düşünmək olar. Meydança amili də təbii ki, önəmlidir. Bizim üçün çox yaxşı oldu. Futbolçuların hazırlıq səviyyəsi də düzəlir.

 

- Yassin Benziyanın oynamamasının səbəbi nə idi?

- Əzələsində ağrılar hiss etdi. İki gün əvvəl baş verdi. Həkimlərin dediyinə görə, 2-3 gündən sonra düzəlməlidir.

 

- Leandro Andrade matçın ilk hissəsində zədələndiyinə görə meydandan çıxarıldı. Onun durumu nə yerdədir? 

- Belində ağrı hiss etdi. Ona görə də meydandan çıxdı. Sərt mübarizə oldu. Məncə, elə böyük problem olmaz.

 

- Azərbaycan Premyer Liqasında hər oyun bu cür keçərsə, sizə faydalı olar?

- Tək özümüzü düşünmürük. Hər komanda üçün faydalı olar. Əfsuslar olsun ki, bəzi oyunlarda temp çox aşağı olur. Bəzi nüansları qeyd etmək mümkündür. Bu gün belə mübarizə gözlənilirdi. Temp demək olar ki, aşağı düşmədi. Bütün oyunlar bu saatda olsa, belə temp olar. Rəqibin bizə xoş olmayan oyun stili var. Çox tez hücuma keçirlər. Bunun üzərində çox işləməklə inkişaf etdirirlər. Bir-birini gözüyumulu başa düşürlər. Standart vəziyyətlərdə çox təhlükəlidirlər. Amma futbolçularım bacardılar. Qapıçımız da çox diqqətli idi. Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım.

 

- Kurban Berdiyev kimi məşqçinin burada olması, sizinlə rəqabətinin futbolumuza təsiri necədir?

- Rəqabət aparmağım düzgün çıxmaz. O, təcrübə baxımından məndən qabaqdadır. Belə insanların Azərbaycanda olması əlbəttə ki, faydalıdır. Onun burada olmasına ancaq pozitiv baxıram.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Oxşar xəbərlər