top
Qurban Qurbanov: Lazım olsa, hansısa risklərə də gedəcəyik Sport24.az
06 avqust 2024, 22:39
- ↺ +

Qurban Qurbanov: "Lazım olsa, hansısa risklərə də gedəcəyik"

"Qarabağ" Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyununda doğma meydanda "Ludoqorets"ə 1:2 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Həqiqətən də bərk komandaya qarşı oynadıq. Futbolçularım çox güc sərf etdilər. Çox sərt oynayan, fiziki özəllikləri yaxşı olan komandaya qarşı oynayırdıq. İlk hissədir. İkinci hissə Bolqarıstanda olacaq. Ora qalib gəlmək üçün gedəcəyik. Lazım olsa, hansısa risklərə də gedəcəyik. Çempionlar Liqası oyunu olduğu hiss edilirdi. Qarşımızda təcrübəli, yaxşı komanda var idi. Futbolçularım inanırdılar. Qalib də gələ bilərdik, uduza da bilərdik. İlk oyunu uduzmuşuq. Heç nə bitməyib. Səfərdəki oyunda səliqəli, dəqiq oynamağa çalışacağıq. İnanıram ki, futbolçularım qarşıdakı günlərdə yaxşı hazırlaşacaqlar. Stadionda yaxşı ab-hava var idi, azarkeşlərə təşəkkür edirəm.

 

- Dünən dediz ki, oyuna tam hazırlaşa bilməmişik. Səfərdəki matçdan əvvəl də çempionat oyunu var. Hansısa tədbir görəcəksiz?

- Xeyr, hazırda belə fikrimiz yoxdur. Digər futbolçularımızın oynamasına ehtiyac var. Hansı ki, onların da idman formasının yaxşı olması vacibdir. Növbəti çempionat oyunu da oynayacağıq.

 

- Sizə elə gəlmir ki, futbol ictimaiyyəti, media "Ludoqorets"i çox kiçiltmişdi?

- Fikirlər fərqlidir. Amma əlbəttə ki, "Ludoqorets"in oyunçularının fərdi keyfiyyəti yüksəkdir. Amma futbolçularımı onlardan zəif saymıram. Oyunçularıma daha çox güvənirəm. Rəqib 9 ildir ki, qruplarda oynayır. Belə oyunlara tam hazırlaşır. Mən rəqibi ciddiyə almışdım. Boşuna Macarıstana getməmişdim. İndi onları daha yaxından tanıdıq. Səfərdə istədiyimiz, düşündüyümüz kimi alınsa, futbolçuları istədiyimiz kimi hazırlasaq, səfərdən yaxşı nəticə ilə dönəcəyik.

 

- Hakimlərin qərarlarından narazı idiz?

- Narazılıq edirdim. Bəlkə kənardan fərqli görürük. Rəqib çox sərt oynayırdı, sərt müdaxilələri var idi. Sonda bizi cəzalandırırdılar. Bir az rəqibə simpatiya hiss olunurdu.

 

- Birinci hissədə üstünlük bizdə idi, ikinci yarıda nəsə çatışmırdı. Qırılma nöqtəsi nə idiki, hesabda geri düşdük?

- 90 dəqiqə bu cür rəqibə qarşı eyni tempdə oynaya bilmərik. Rəqibin öz oyun üslubu var. Bir neçə epizodda onların hücumun qarşısını ala bilmirdik. Evdə oynayırdıq, hücuma daha çox fikir verirdik.

 

- Şahruddin zədələnib. Cavab matçına hazır olacaq?

- Qarşıdakı oyunda bilmirəm. Çünki sabaha, birigünə tam məlumat gələcək. Ola bilər daha uzun çəksin. Əvvəl də demişdim ki, bir qapıçı gətirmək aktual oldu. Şahruddin zədələnməsə də.. Çox ciddi danışıqlar, axtarışlar gedir. Amma əldə olunan heç nə yoxdur. Ola bilər ki, tam razı qalmasaq da, bir qapıçı gətirək.

 

- Buntiçin oyuna qoşulmalarını necə qiymətləndirirsiz?

- Normal. Adaptasiya olur. 

 

- Bu rəqiblə oyunda ən çox çətinliyiniz nə idi?

- Birinci təcrübə, ikinci oyunçuların fərdi ustalığı idi. Sürətli, dinamik, fiziki cəhətdən güclü idilər. "Ludoqorets" müdafiədə 90 dəqiqə oynamağı bacaran komandadır. Amma bizim xeyli sayda epizodlarımız oldu. Yaxşı hücumlar qurduq. Bu hallardan çəkinmirik. Əksinə, necə müdaxilə etmək lazımdır, onu düşünürük. Qarşıdakı matçda daha səliqəli və dəqiq oynamağa çalışacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Oxşar xəbərlər