top
Qurban Qurbanov: Futbolumuz, hakimlik qalxmalıdır Sport24.az
27 oktyabr 2024, 21:45
- ↺ +

Qurban Qurbanov: "Futbolumuz, hakimlik qalxmalıdır"

Azərbaycan Premyer Liqasının XI turunun "Qarabağ" – "Şamaxı" oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

– Futbolçularımı təbrik edirəm, vacib qələbə idi. İlk hissədə çox yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Çox qol epizodu yarada bilmirdik. İkinci hissədə daha açıq oyun getdi. Hər bir halda, hər qələbə bizimçün çempionatda yerimizi qorumaqçün vacibdir. Oyunun əvvəlində mənə, komandama dəstək olan azarkeşlərə təşəkkür edirəm.

 

– Oyun nə üçün bu arenada keçirildi?

– Stadionda işlər gedir. Bu ay ola bilər ki, "Azersun Arena"da işlər davam etdiyi üçün burda oynayaq.

 

– Juninyo nə üçün heyətdə yox idi?

– Bir az son oyunda əzələsində ağrı hiss etdi. Həkimlər çox risk etməyin tərəfdarı olmadıqlarını dedi. Ona görə istirahət verməyi düşündük.

 

– Hakimliklə bağlı fikirləriniz nədir? Penalti epizodunu necə şərh edərdiniz?

– Hakimlikdən çox danışmaq yaxşı hal deyil. Demək olar, bütün dünyada eyni ssenaridir. Bəzən biz də anlaya bilmirik ki, hansı epizod düzdür, hansı səhv. Qaydalar var ki, biz onu görməmiş, eşitməmişik. Bugünkü penalti də bəlkə, sadə penalti idi. Ümumən, Avropada son oyunlarda gördüklərimdən sonra bizim hakimlərə deyəcək söz yoxdur. İşlərini görürlər. Bəsit sarı vərəqələr və ya qırmızı vərəqələr verilir. Bunun tərəfdarı deyiləm. Hər komanda həftəboyu rəqibə qarşı hazırlaşır, müqavimət göstərmək istəyir. Amma heç nədən verilən vərəqə oyunçuları ehtiyatlandırır, qırmızı vərəqə isə azlıqda qoyur. Artıq planlar da pozulmuş olur. Futbol kaprizli idman növüdür. Hakimlik ağır peşədir. Futbol mübarizə oyunudur. Bugünkü oyunun tempi də yüksək olmadı. Fasilələr çox idi. Futbolumuz, hakimlik qalxmalıdır.

 

– Sosial şəbəkələrdə mübahisəli epizodları "Qarabağ"ın oyunlarındakı epizodlarla müqayisə edirlər. Siz özünüz epizodlarla bağlı təhlillər aparırsınız?

– Öz oyunumuzu analiz edirik. Komandanın lehinə və ya əleyhinə epizodları müzakirə edir, nələri aradan qaldırmalı olduğumuza baxırıq. Belə müzakirələrdən uzaq oluruq.

 

– Avropadakı məğlubiyyətlər komandada ruh düşkünlüyü yaradır?

– Hər məğlubiyyətdən sonra istər-istəməz ruh düşkünlüyü olur. İşimiz bir gündən, bir oyundan ibarət deyil. İlboyu matçlarımız, mübarizəmiz davam edir. Belə hallarla hər il üzləşirik. Şükürlər olsun, çalışmışıq, düzgün qəbul edək. İnanıram ki, bu, qarşıdakı oyunlarda bizə psixoloji mane olmayacaq. Peşəkarıq və belə davranmaq istəyirik. İki yolda mübarizə aparırıq. Məğlubiyyətlərdən qaçmaq olmur.

 

– Avropa Liqasındakı digər rəqibləri təhlil etmisiniz?

– Hər komandaya baxmışam. Oyunlara yaxın daha dərin təhlillər aparacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Oxşar xəbərlər