top
Qurban Qurbanov: Danışıq apardığımız futbolçulardan pozitiv cavab almamışıq İdman.biz
14 sentyabr 2024, 21:27
- ↺ +

Qurban Qurbanov: "Danışıq apardığımız futbolçulardan pozitiv cavab almamışıq"

"Qarabağ" Misli Premyer Liqasının 6-cı turunda öz meydanında "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi QUrban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Tam heyətlə deyildik. Zədəlilərimiz var idi. Yassin Benzia milli komandadan gec gəlmişdi. Əsas komanda ilə məşq etməmişdi. Futbolçular çoxdandır ki, birlikdə hazırlaşmırdılar. Bu da hiss olunurdu. Xeyli qol epizodumuz var idi. İstifadə edə bilmədik. Bunlar elə elementlərdir ki, aradan qaldırmaq rahatdır. Çünki futbolçularımızın ustalıqları var. Qarşımızda da çox yaxşı kollektiv var idi, yaxşı müdafiə olunurdu. Öz səhvimizdən qol buraxdıq. Rəqib buna məcbur etdi. Futbolçuılarıma təşəkkür edirəm.

- Komanda üç cəbhədə mübarizə aparacaq. Fiziki cəhətdən çatdırmaq çətin olmayacaq?

- Ola bilər. Niyə? Çünki zədəli futbolçular olanda, böyük problemlər yaranır. Rotasiyalar etməyə imkanımız olmur. Allah qoysa, hamı sağlam olar. Belə ciddi problem görmürəm. Bu il ola bilər ki, daha çox güc sərf etməli olacağıq. Ölkə çempionatında da komandalar daha ciddi müqavimət göstərirlər, ciddi məqsəd qoyublar qarşılarına. Ümumi baxsaq, Avropa Liqasında oyun sayları eynidir. Yorğunluq olacaq. Milli komandaların da oyunları var. Limitlə bağlı yerli oyunçuya ehtiyacımız çox olur.

- Milli komandanın iki oyunu haqda AFFA İcraiyyə Komitəsinin üzvü olaraq nə deyə bilərsiz? Fernandu Santuşun komandasında inkişaf gözlənilir?

- Fikir bildirməmişəm, səbəbini də bilirsiz. Hər bir həmkarımıza hörmətlə yanaşmalıyıq. Əsasən də, Fernandu Santuşa. Böyük təcrübəsi, iş qabiliyyəti var. İki oyuna görə fikir bildirmək mənə çətin olardı. Nə qədər fikir bildirməsəm, daha yaxşı olar. Daha düzgün sayıram. Bu dəfə də fikir bildirməyəcəm.

- Transferlər gözlənilir?

- Vaxtımız azdır. Danışıq apardığımız futbolçulardan pozitiv cavab almamışıq. Alınmamaq ehtimalı daha çoxdur.

- Redon Cicanın Avroliqanın sifariş ərizəsində olmaması nə ilə bağlıdır? Bu, onun gedəcəyinə işarədir?

- Yəqin ki, Avroliqada sistemdən xəbərdarsız. Legioner və əsas oyunçuların say məhdudiyyəti var. Ona əmək etməliyik. Siyahıya əlavə edə bilmərik artığını. Nəriman Axundzadə, Abbas Hüseynov, Musa Qurbanlı, Sadiq Məmmədzadəni siyahıdan çıxarsaq, onların əvəzinə oyunçu sala bilmərik. Bu o demək deyil ki, Cİcaya inanmırıq. Cica ola bilər bu gün rəqabətdə Juninyoya uduzur. Amma ümumən baxanda, Cica mənə lazımdır. Bir-iki oyun oynamadısa, o demək deyil ki, ondan üz döndərmişəm, inanmıram. Ona görə çox üzüldüm. Hamı başa düşməldiir. O da məni başa düşür. Nəriman və Musanı çıxarıb, onu sala bilmərəm. Çıxarsamda, yerləri boş qalacaq. Hücum xəttində dəyişiklik edə bilirəm. Ona görə Cicanı siyahıdan çıxardıq. Qalan mövqelərdə hər zonada 2 oyunçumuz qalıb. Belə oldu. Cicadan hansısa narazılığım, inamısızlığım yoxdur. Aktiv də məşq edir. İntizamlı oyunçudur. Ölkə çempionatında sıx qrafikimiz olacaq. Böyük ehtimalla şansı daha çox olacaq.

- Sərxan Hacıyev bildirib ki, AFFA-nın yeni strategiyasının yazılmasında Fernandu Santuşun da qeydləri və fikirləri nəzərə alınır. Azərbaycan futbolunda yeni strategiyanın yazılmasında sizin də fikirlər öyrənilməlidir. Ümumiyyətlə, sizin qeydləriniz və fikirləriniz olacaq?

- Cəm şəkildə müzakirələr gedir. Santuş İK-nin üzvü olmadığına görə bu fikri bildiriblər. Amma bizim müzakirələrimiz cəm halda gedib. Hərə öz fikrini bildirib. Strategiyanı yaxşılaşdırmaq üçün əlavə şirkətlər işə qarışıb. Onların fikirləri məncə daha önəmli olacaq. Çünki Avropanın bəzi futbol ölkələrində təcrübələrdə yoxlanılıb. Hansısa çatışmazlıq olsa, nəyisə görsək, onda fikirlərimizi bildirə bilərik. Bir az fikir mübadiləsi apardıq. Əsas ideya həmin şirkətlərin üzərinə düşəcək.

- Aleksey Kaçuk heyətə daxil edilməmişdi. Nə vaxt hazır olar?

- Bir az vaxt lazım olacaq. Düzdür, məşqlərdə çox aktiv iştirak edir. Amma uzun müddət oynamayıb, kollektiv məşqlərdən uzaq olub. Risk etmək istəmirik. Bir neçə oyun da belə gedəcək. Baxarıq. Məşqlərdən asılı olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Futbol
Bu gün, 09:31

Barselona Bavariya müdafiəçisini transfer etməyə çalışır, amma nəticəsiz qalır

Futbol
Bu gün, 09:20

Lion U-17 futbolçuları silahla hücum edildi

Güləş
Bu gün, 09:16

Çimərlik Güləşində Azərbaycan Komandası 3 Qızıl, 1 Gümüş Medal Qazanaraq Unikal Uğur Qazanır

Oxşar xəbərlər