top
Qurban Qurbanov: Bu və o oyunları yan-yana qoymaq olmaz Sport24.az
20 sentyabr 2024, 23:09
- ↺ +

Qurban Qurbanov: "Bu və o oyunları yan-yana qoymaq olmaz"

"Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayırdıq. "Neftçi"nin son nəticələrinə baxdıqda, bilirdik ki, çox ciddi hazırlaşacaqlar. Bunu meydanda hiss etdik. İlk hissədə üç qol vursaq da, fasiləyə yaxın daha çox hücumda olan tərəf idilər. İkinci yarıda riskə getdilər. Xeyli çətinliklər çəkdik. Nəticə çox vacib idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox mədəni formada yaxşı azarkeşlik oldu. "Neftçi"yə və Roman Qriqorçuka uğurlar arzu edirəm".

 Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 7-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

 

- Qarşıda "Tottenhem"lə matç var. Bu oyunda o görüş üçün nəyisə sınaqdan keçirdiz?

- Fikrimiz var idi. Bəzi elementlərlə bağlı idi. Amma çox az alındı. Bu da oyunun gedişatına görə idi. Oyunun sonlarına yaxın daha çox alınmağa başladı.

- Ötən mövsüm "Qarabağ" daha həvəsli görünürdü, bu mövsüm eyni tempdə gedirsiz. Bu motivasiya ilə "Tottenhem"ə qarşı yaxşı çıxış etmək mümkün olacaq?

- Oyundan əvvəl motivasiya veriləcək. Amma bu və oradakı oyunun tempi eyni olmayacaq. Rəqib məcbur edir ki, daha sürətli oynayaq. Bu və o oyunları yan-yana qoymaq olmaz. Əfsuslar olsun ki, tez-tez ritm dəyişir. Ən vacib elementlərdən biri, rəqibin tempinə hazır olaq.

- Ağdamda yeni "İmartə" stadionunun təməli atıldı. Bununla bağlı fikriniz necədir? 

- Maraqlandım. Şəkillərə də baxdım. Layihədən əvvəlcədən də xəbərim var idi. Deyəsən, əvvəlcə daha böyük tutumlu nəzərdə tutulmuşdu. Sırf futbol stadionudur. Azarkeşlər meydançaya tam yaxındır. Tutum az görünə bilər, amma rayon bölgəsi üçün öz çempionatımızda problem olmayacaq. Avroliqa oyunları üçün böyük olsaydı, yaxşı idi. Amma bunula başlamaq da pis deyil. Sevindim buna. Özü də, 2028-ci ilin axırlarına tamamlamaq istəyirlər. Aktiv iş rejimi olacaq.

- Bu gün beşinci qola vaxt çatmadı?

- "Neftçi"yə uğurlar arzulayıram. "Neftçi" rəqibimiz olsa da, özüm bu komandanın azarkeşi olmuşam. Orada oynamışam, baş məşqçi olmuşam. Bu nəticələr heç birimiz üçün xoş deyil. Səbirli olmaq lazımdır. Futboldur, hamımızın işində belə nəticələrlə ola bilər. Qaranti deyil ki, "Qarabağ" çempion olacaq. Heç bir komanda üçün belə uğursuzluq istəmərəm. Hər biri öz komandalarımızdır. Avrokuboklarda hamımız bir oluruq. Məncə, səbirlə, gözləmək lazımdır. Belə hallar olanda deyirəm ki, demək xeyir var.

"Neftçi" böyük tarixə malik klubdur. Əvvəl0axır, sonda yenə öz əvvəlki nəticələrini geri qaytaracaq.

- Qara Qarayev "Neftçi"dən ayrıldıqdan sonra azarkeşlər istəyir ki, karyerasını "Qarabağ"da bitirsin. Onun geri qayıtması realdır?

- Bu gün komandada belə fikir yoxdur. Amma Qaranın indi çempionatda iştirak etməməsi məni üzür. Təcrübəli futbolçudur, ağıllı insandır. Ən doğrusunu düşünəcək. Bizim komanda olaraq, planımızda belə şey yoxdur.

- Onunla təmasınız olub? Əvvəl millidən indi isə "Neftçi"dən uzaqlaşdırıldı. Bu məsələlər haqda onunla danışmısız?

- "Qarabağ"da olanda da millidə oynamırdı. Söhbətimiz olurdu. Belə hallarla bağlı çox dərinliklərə getmirəm. Futbolçunun yaşı elədir ki, təcrübəlidir, işin içindədir, daha düzgün görür. Bütün futbolçulara tövsiyyəm o olub ki, darıxmayın, səbir edin. Baş məşqçi rəhbərdir. İntizamını qoruyub-saxlasın, məşqlərdə ən yaxşılardan olmağa çalışsın. Get-gedə çox futbolçuda belə hallar olub. Qara güclü xarakterə malik biridir. Oynamadığı halda da, məşqlərdə ən yaxşılardan olub. Konkret nəsə deməyim, olmayıb. Bir onu bilirəm ki, Qara özünü həmişə günahlandırıb. Burada oynamayanda da, heç vaxt məşqçinin üzərinə atmayıb. Peşəkarlıq onda var. Kiminsə dalınca danışdığını görməmişəm. İnanmıram ki, desin oynatmadılar.

- "Tottenhem"i izləmək üçün Londona getmişdiz?

- Xeyr, getməmişdik. Heç kimi göndərməmişdik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

“Mançester Yunayted”in Karrikin işindən çıxarmama səbəbləri

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Oxşar xəbərlər