top
Qurban Qurbanov: Bu, sanki bir triller idi Sport24.az
14 avqust 2024, 05:33
- ↺ +

Qurban Qurbanov: "Bu, sanki bir triller idi"

"İlk öncə futbolçuları təbrik edirəm. Oyunun gedişatından həzz alırdım. Bakıda da "Ludoqorets"in oyun üslubunu görmüşdük. Bizə xoş olmayan oyun tərzləri var idi. Bunun qarşısını almalıydıq". 

Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Lüdoqorets"ə qarşı keçirilən səfər matçı barədə deyib.

Təcrübəli mütəxəssis komandasının 7:2 hesablı qələbəsini belə şərh edib: "Startda hesabı açsaq da, sonra demək olar ki, heç nədən qapımızda standart vəziyyətdən iki qol gördük. Bəlkə də rəqibin ən üstün cəhəti olan əks-hücumlarda bir qədər diqqətsiz olduq. Amma get-gedə oyunu ələ almağı bacardıq. Matçdan əvvəl də futbolçularla söhbətimiz olmuşdu ki, sona qədər soyuqqanlı və oyunun içində olmaq çox vacibdir".

Qurbanov əvvəldən ümidsiz olmadığını qeyd edib: "Bakıdakı məğlubiyyətdən sonra da futbolçularıma fikrimi bildirmişdim ki, belə oyunlardan biz çox keçmişik. Vacib, gərgin matçlarımız olub, rəqibin təzyiqinə dözmüşük. Hətta bildirmişdim ki, ola bilər bugünkü matçda 120 dəqiqə dözmək lazım gələcək. Bunu bacarmalıyıq, psixoloji cəhətdən hazır olmalıyıq". 

O qeyd edib ki, futbolçularına ancaq əhsən düşür: "Azarkeşlərimizi, Azərbaycanımızı təbrik edirəm. Qalibiyyət öz yerində, amma ümumən bu cür oyunlar futbolçularımızı böyüdür, klub olaraq böyüyürük, daha xarakterli oluruq. Futbol daha da sevilir. Əsas da azarkeşlərdə adrenalin görəndə buna şad oluram. Bu gün sanki bir triller idi. Bu, mənim "Qarabağ"ım idi, Azərbaycanın "Qarabağ"ı idi". 

Q.Qurbanov Çempionlar Liqasının pley-offunda qarşılaşacaqları Zaqreb "Dinamo"su haqda geniş məlumata malik olmadığını söyləyib: "Çünki bütün fikrimiz bu matçda idi. Məlum məsələdir ki, rəqib çox böyük təcrübəyə malikdir. Onları yaxından tanımaq üçün vaxtımız olacaq. Mərhələ keçdikcə daha ciddi, daha təcrübəli, daha dinamik, daha güclü rəqiblə üz-üzə gəlirsən. Buna hazır olmalıyıq. Bu oyunun sevincini tez bir zamanda klub olaraq yaddan çıxarmalıyıq. Qarşıdakı günlərdə matça hazır olmalıyıq. Pley-off təcrübəmiz var. Artıq üçüncü dəfədir bu mərhələyə yüksəlirik". 

"Qarabağ"ın çalışdırıcısı qeyd edib ki, hazırkı kollektivin ÇL-in qrup mərhələsində oynamasını istəyir: "Zədəlilərimiz bizə problem yaşada bilər. Belə matçlarda rotasiya etmək çox vacibdir. İnanıram ki, futbolçularım "Dinamo" ilə matça kimi hazır olacaqlar. Çox istərdim bu kollektiv ÇL-in qrupunda oynasın. Çünki çox əziyyət çəkən kollektivdir. Azarkeşlərimiz də qrup mərhələsini arzulayır. Amma bura qədər də böyük iş görmüşük. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək. Onlar hər zaman bizə inanıblar, güvəniblər. Soyuq başla hazırlaşmalıyıq. Rəqibi daha yaxşı analiz etməliyik. Qarşımızda böyük futbol ölkəsinin təmsilçisi var".   

(qol.az)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər