top
Qurban Qurbanov: Bizi hansı sürprizlərin gözlədiyini bilmirik Sport24.az
09 avqust 2024, 22:45
- +

Qurban Qurbanov: "Bizi hansı sürprizlərin gözlədiyini bilmirik"

Premyer Liqanın II turunda "Qarabağ" "doğma divarlar" arasında "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qələbə oldu. Yaxşı, dinamik, sürətli oynadıq. Çox razı qaldım. Rəqib haqda məlumatımız az idi, yeni komanda qurublar. Bəzi oyunlarına baxmışdıq. Yaxşı müdafiə olunmağı sona kimi bacaran kollektiv gördük. Hücumlarda da maksimum iştirak etmək istəyirdilər. "Kəpəz"ə uğurlar arzulayıram. İnanıram ki, get-gedə Adil Şükürov komandanı formalaşdıracaq. Hiss edilirdi ki, tam hazır deyillər. Amma oyundan-oyuna keçənilki "Kəpəz"i görəcəyik.

 

- Qapıçı Sadiq Məmmədzadə "Qarabağ"da debüt etdi. Onun çıxışı haqda fikriniz necədir? Gələcəkdə yenə şans veriləcək ona?

- Sadiqin bir o qədər işi də olmadı. Niyə də oynamasın? Daha yaxşı səviyyəyə gəlsə, potensialı çoxalar. Qapıçı məşqçiləri ona güvəndiklərini desələr, mən də görsəm, ona maksimum şans verməyə çalışacağıq. Böyümək üçün, kollektivə daha tez uyğunlaşması çox vacibdir. Bacarıqlı, istəkli biridir.

 

- Sizcə, "Qarabağ"ın Premyer Liqada ən ciddi rəqibi hansı komandadır?

- Özümüzü tam ayırmaq istəməzdim. Heyətinə baxanda, keçənilki "Sabah" bizi məğlub etmişdi. O potensial onlarda var. Ümumiyyətlə, özümüzü onlardan ayırmaq istəmirik, "Sabah"dan, "Neftçi"dən. Başlanğıcdır. Əksinə, biz qarşıdakı oyunlara maksimum hazır olmalıyıq. Çünki avrokubok oyunları istənilən komandaya böyük inam verir. "Zirə" və "Sabah" yollarına davam edirlər. Futbolçular daha sərbəst olurlar. Hələ ki, fikir bildirmək çox tezdir. Əksinə, bu il bəlkə o rəqiblərin sayı daha da çoxaldı. Biz heç bir rəqibə zəif gözü ilə baxmırıq. Sırf rəqib kimi baxırıq.

 

- Musa Qurbanlının durumu nə yerdədir?

- Normaldır. Fərdi məşqlərə başlayıb. Toplu çalışmalara da həmçinin. Mülaicəsi normal gedir.

 

- "Ludoqorets"in baş məşqçisi Georgi Dermençiyev bildirib ki, "Qarabağ" səfərdə qalib gəlmək üçün ağıllı oynamalıdır...

- Çalışırıq ki, həmişə ağıllı oynayaq. Daha çox güc sərf etmək lazım olacaq. Başqa çıxış yolumuz yoxdur. Qalib gəlmək lazımdır. Bununla yanaşı, Bakıdakı bəzi səhvləri etməli deyilik. İnanıram ki, futbolçularım buradakı oyundan daha yaxşı, daha möhkəm oynayacaqlar. Buna ehtiyac var. Qarşımızdakı rəqibə hörmətlə yanaşmaq lazımdır. Əvvəlcədən də demişdim ki, oyunçularının ustalığı yüksəkdir. Bakıda bunu tam gördük. Üstünlük bizim tərəfdə idi. Amma çox tez bir zamanda qol epizodları yaratdılar. Buna hazır olmalıyıq. Təcrübəmiz var. Qələbə üçün çalışacağıq.

 

- Juninyo bu mövsüm artıq altıncı qolunu vurdu. Avropa mediaası da Juninyo ilə bağlı paylaşımlar edir. Bu məqam sizi qorxutmurki? "Transfer pəncərəsi" bitməyib, böyük elçisi çıxa bilər...

- Hazırda inanmıram. Juninyo özü də təcrübəli, dərin düşünən biridir. Bilir ki, bu anda heç kimlə danışığa getmək lazım deyil. İnanmıram Juninyoda belə fikir olsun. Hamının fikri qarşıdakı oyunlaradır. Olsa da, narahat olmalı məqam yoxdur. Təklif edəcəklərsə, nə deyə bilərik? Futbolçu da bilir ki, müqaviləsi yenilənib. Onun potensialı daha böyükdür, daha yaxşı ola bilər. Hər futbolçu dərhal komandaya uyğunlaşa bilmir. Get-gedə komandaya uyğunlaşır. Daha yaxşı Juninyo görə bilərik. Onunla söhbətlərimiz olub.

 

- "Ludoqorets"lə oyunu analiz etmisiz? Sizcə hansı məqamda uduzduq?

- Səbəbləri söyləməyim düzgün çıxmaz. Rəqib 10 futbolçu ilə müdafiə olunurdu. Orada sürətli qərar vermək elə də asan deyil. Fərdi epizodlarda rəqib daha üstün oldu. Fikrimizi səfərdəki oyuna yönəltməliyik. Ola bilər ki, biz orada daha dəqiq olaq. Niyə qol vura bilmədik, niyə rəqib vurdu? Cavab versəm, uşaq kimi cavab vermiş olaram. Biz daim dominantlıq edirik, boşluqlar geridə olur. Rəqib də ondan istifadə edə bilir. Çempionatımızda da belə olur. Rəqibin də necə oynayacağını bilmirik. Bəlkə tam əksini edəcək. Biz rəqibin üzərinə gedəcəyik. Niyə uduzduq, qeyri-ciddi görünür. Uduzduq. Onları təbrik etdim. Futboldur, idmandır. Hər oyun, hər hücum düşündüyümüz kimi olmur. Qarşımızda robot yox, insandır. Onların da düşüncəsi var. Səfərdə mübarizəmiz daha da bərk olacaq.

 

- Cavab matçında Tekpetey və Kayo oynamaycaq. Bu, sizin üçün üstünlükdür?

- Ola bilər hardasa olsun. Rəqibin heyətində 30-dən çox legioner var, bacarıqlı və keyfiyyətlidirlər. Ola bilər ki, onların olmaması komandanı bir az yığışsın, daha da ciddi olsun. Ona görə üstün tərəfləri olsa da, digər tərəfləri də var. Buradakı oyunda o oyunçulara görə hazırlaşmışdıq. Səfərdəki matçda iki rəqib futbolçu yoxdur. Yenidən fikirləşməliyik ki, meydanda bizi nə gözləyir? Sürprizlər də gözləyə bilər. Müsbət və mənfi tərəfləri var. Öz oyunumuzdan əl çəkməyəcəyik. Hücumlarımızın sayını çoxaltmalıyıq. Müdafiədə daha möhkəm və keyfiyyətli oynamalıyıq. Bizi hansı sürprizlərin gözlədiyini bilmirik.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:51

Əli Əsədov Türkiyə və Özbəkistanın dünya çempionatına vəsiqə qazanmasını Türk dünyasının zəfəri adlandırıb

Futbol
Bu gün, 11:43

"Eyeball" kamera və analiz platforması AFFA-nın aşağı yaş qrupları çempionatlarında tətbiq olunacaq

Futbol
Bu gün, 11:42

Roman Kərimov: Azərbaycan millisində oynamaq istəyirəm, babam sevincindən tavana qədər tullanar

Futbol
Bu gün, 11:40

AFFA rəsmisi uşaq və gənclər futbolundakı problemlərdən və milli komandaya zəif oyunçuların cəlb edilməsindən danışıb

Futbol
Bu gün, 11:27

Bizon Azərbaycan Kuboku: Yarımfinal İlk Oyunlarının Təyinatları

Futbol
Bu gün, 11:26

Manfred Lerli: "Bütün böyük futbol bazarlarında, tanınmış klublarda fəaliyyət göstəririk"

Futbol
Bu gün, 11:20

Gennaro Qattuzo İtaliya millisinin baş məşqçisi vəzifəsindən ayrılır

Futbol
Bu gün, 11:15

"Qarabağ" - "Sabah" Oyununa Hakim Təyinatı: Rauf Cabarov

Futbol
Bu gün, 11:14

Cahangir Fərəcullayev: Uşaq və Gənclər Futbolu Ən Böyük Problemdir

Futbol
Bu gün, 11:12

Karim Rossi "Zirə" oyunu, qollar, təkliflər və gələcək planları haqqında danışdı

Futbol
Bu gün, 11:04

Əli Əsədov Türkiyə və Özbəkistanı futbol üzrə dünya çempionatına vəsiqə qazanmaları münasibətilə təbrik edib

Futbol
Bu gün, 11:00

I Liqada fasilə başa çatır

Basketbol
Bu gün, 10:59

Tarixin ən çox qazanan idmançıları açıqlandı

Futbol
Bu gün, 10:56

"Mançester Siti" Qvardioladan müqaviləsinin gələcəyi ilə bağlı qərar tələb edir

Futbol
Bu gün, 10:48

"Qarabağ" futbolçularından Masallı məktəblilərinə arzu sürprizi: İmzalı hədiyyələr - VİDEO

Futbol
Bu gün, 10:40

Lamin Yamal müsəlmanlara qarşı şüarlara görə ispan azarkeşlərini qınadı

Formula 1
Bu gün, 10:37

Ekspert Ferstappenin tənqidlərinin "Formula-1"-ə ziyan vurduğunu bildirdi

Cüdo
Bu gün, 10:25

Rəşad Rəsullu: Gəncədə Avropa Kuboku regionlarda cüdonun inkişafına təkan verir

Voleybol
Bu gün, 10:20

Qadın voleybolçular arasında Yüksək Liqada 1/4 finalın cavab oyunlarına start verildi

Futbol
Bu gün, 10:12

Xavi Simonsun "Barselona"ya qayıtmaq arzusu: Transfer reallaşacaqmı?

Cüdo
Bu gün, 10:09

Rəşad Rəsullu: Gəncədə Avropa Kuboku regionlarda cüdonun inkişafına təkan verir və yeniyetmə idmançılar üçün imkanlar yaradır

Futbol
Bu gün, 10:00

Luis Ortis "Neftçi"ni tərk edəcək

Boks
Bu gün, 09:57

Rəsul Rəhimov Valdi Britezlə döyüş öncəsi: "Bu dəfə daha güclüyəm"

Voleybol
Bu gün, 09:42

Qadın voleybolçular arasında Yüksək Liqada 1/4 finalın ikinci oyunları başlayır

Oxşar xəbərlər