top
Qurban Qurbanov: Belə məğlubiyyətlərin mənə, komandaya faydası çox olur Sport24.az
24 avqust 2024, 21:29
- ↺ +

Qurban Qurbanov: "Belə məğlubiyyətlərin mənə, komandaya faydası çox olur"

Premyer Liqanın IV turunda "Qarabağ" öz meydanında "Turan Tovuz"a məğlub olub. Sport24.az xəbər verir ki, matçdan sonra "süvarilər"in baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.

- Çempionata hazır olmaq baxımından bizim üçün çox vacib oyun oldu. Bu gün qarşımızda yaxşı müdafiə olunan, vuruşan kollektiv var idi. Kurban Berdıyev müdafiəni qurmaqda çox tanınmış mütəxəssislərdən biridir. Həmçinin əks-hücumları yaxşı qurur. Bunu bilirdik. Amma nə qədər də olsa, "Turan Tovuz"u yaxından tanımırdıq. İstər-istəməz bizim fikrimiz daha çox Çempionlar Liqasında idi. Buna baxmayaraq, rəqib qalib gəlibsə, borcluyuq təbrik etməyə. İstəkləri, oyun nizam-intizamı ilə qalibiyyətə layiq idilər. Tovuzda həmişə futbola maraq olub. Bu gün də gördük ki, tribunada Tovuzdan gəlmiş nə qədər azarkeş var idi. Mövsümboyu qarşımızda yaxşı rəqib olacaq. Öz azarkeşlərimizə təşəkkür edirəm, sona qədər bizimlə oldular.

 

- İlk penaltidən öncə hakimə etiraz etdiniz. Bu, hansı epizodla bağlı idi?

- Ofsayd epizoduna. Sonra dedilər ki, çox cüzi ofsayd var idi. Mənim gördüyümə görə yox idi. Hakimə dedim ki, ofsayd varsa, oyunu hücum bitəndən sonra saxla.

 

- "Dinamo" ilə matçın bu oyuna təsiri oldu?

- Ümumiyyətlə, Avropada oynadığımız bütün matçların təsiri var. Fərqli heyət oynayır, bəzi rotasiyalar edirik. Mən bu müddətdə həmişə məşqlərdən gileylənmişəm. 3-4 gündən bir iki heyət oynayanda futbolçuların hamısı bir yerdə məşq edə bilmir. Məşqin dinamikası, keyfiyyəti pozulur. Amma neçə illərdir biz belə davam edirik. Əvvəlki iki oyunda hiss olunmadısa, bu gün hiss olundu. Belə sıx qrafikdə futbolçuların hamısının sağlam olması vacibdir. Bizə qarşı çox ciddi hazırlaşan rəqiblər olur. Bu da normaldır. Mövsümün əvvəlidir. Belə məğlubiyyətlərin mənə, komandaya faydası çox olur.

 

- Yeni qapıçının performansını necə dəyərləndirirsiz?

- Normal. Lazım olan epizodlarda düzgün qərar verdi.

 

- Demək olar ki, gələcəkdə çox şans qazanacaq?

- Öz əlindədir. Daha yaxşı davam etsə, biz "yox" deməyəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Oxşar xəbərlər