top
Qurban Qurbanov: 2024 ən uğurlu illərdən oldu, Bayerə hər iki matçda qalib gələ bilərdik Sport24.az
22 dekabr 2024, 19:07
- ↺ +

Qurban Qurbanov: "2024 ən uğurlu illərdən oldu, "Bayer"ə hər iki matçda qalib gələ bilərdik"

"Futbolçularımı təbrik edirəm. Həqiqətən çox yaxşı komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" uduzsa da, çox yaxşı idman forması göstərən kollektivdir. Bütün oyunlarda eynidirlər. Nəticələri də çox yaxşıdır. Elmar Baxşıyevə və komandasına uğurlar arzulayıram. Futbolçularıma yanvardan bu yana göstərdikləri performansa görə təşəkkür edirəm. Azarkeşlərimizə də həmçinin. Bizi tək qoymadılar. Yaxşı nəticə oldu. Qalibiyyət çox vacib idi ki, tətilə pozitiv notlarla yollanaq. Görünən odur ki, gələn il daha çox işləməli və daha sağlam, diqqətli olmalıyıq. Xalqımıza gələn il xoş günlər arzulayıram. Ölkəmiz üçün faydalı il olmasını arzulayıram". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 18-ci turunun "Araz-Naxçıvan"la matçdan sonra keçirilmiş mətbuat konfransında danışıb.

 

O, jurnalistlərin suallarını da cavablandırıb.

 

- 2024-ə əvvəldən baxsaq, ili necə qiymətləndirərsiz?

- Çox yaxşı. Bu ili ən uğurlu illərdən adlandırıram. "Braqa", "Bayer"lə oyunlarımız oldu. Ölkəmiz üçün futbol ili idi. Xalqımız böyük futbol yaşadılar. Oyunların hamısı gərgin və maraqlı oldu. Həyəcanlı qələbələr, həyəcanlı məğlubiyyətlər var idi. "Bayer"ə hər iki maçtda qalib gəlmək üçün yaxşı şansımız var idi. Çempion olduq, kubok olduq. Minimum məqsədə çatdıq. ÇL-in pley-off mərhələsində oynadıq. Məğlubiyyətlər oldu AL-də. Olmamalı idi, ancaq oldu.

 

- İlin ən yaxşılarını seçirlər. Siz özünüz də ilin ən yaxşısı seçildiz. Sizə görə, 2024-ün ən yaxşı yerli futbolçusu kimdir?

- Düşünməmişəm. İlk ağlıma gələn Toral oldu. Çox yaxşı sezon keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu. Siyahıya baxaram.

 

- Serxio Ramos məsələsi doğrudur?

- Xeyr.

 

- Müdafiə xəttini gücləndirmək istəyirsiz?

- Düşünürük.

 

- Qış hazırlıq planınız bəllidir?

- Bəllidir. Bakıda qalacağıq. Yanvarın 9-da və 12-də oyunumuz olacaq. Qısa hazırlıq dönəmidir.

 

- Juniyno ilə bağlı yeni xəbər var?

- Elə ilk olan danışıqlardır, təklifdir. Sonra dedilər əlaqə saxlayacağıq, hələ ki, sakitçilikdir.

 

- Nə qədər məbləğ təklif etsələr, buraxarsız?

- Mənə aid məsələ deyil.

 

- "Sevilya"dan zəng gəlməməsi sizi sevindirir?

- Normal prosesdir. Böyük klubdur, dərindən düşünürlər. Hansı yaxşıdır, o da olsun.

 

- "Araz-Naxçıvan" "Qarabağ"la çempionluq mübarizə apaeracaq klubdur?

- "Araz-Naxçıvan" çox yaxşı komanadır, təcrübəli, bacarıqlı futbolçuları var. Nəticəyə inamlı oynayırlar. Amma bugünkü oyuna görə belə fikir bildirməyim çətin olar. "Araz-Naxçıvan"ın futbolçuları bəlkə daha istəkli idilər. O temp, o dinamika, mübarizə tam yox idi. Bəlkə də yorğunluqdna irəli gəlirdi. Bütün ölkələrdə ilin sonunda gəzə-gəzə oynayırlar. Futbolçular istirahət haqda düşünürlər.

 

- Nə vaxt "Qarabağ"ın yerli futbolçularını Avropa klubları transfer edəcək?

- Bəlkə də, tezdir. Bu yöndə ayrıca iş qurulmalıdır. Amma bunun üçün istər-istəməz çempionatımızın səviyyəsi mütləq qalxmalıdır. Kənar ölkələr bizim liqaya dəyər verməlidirlər. Buna da vaxt lazımdır. Get-gedə alınmalıdır. Fubol olaraq böyük yaşımız yoxdur. Xaricə transfer etmək üçün ayrıca iş qurulmalıdır, propaqanda aparılmalıdır. Bəlkə oyunçularımız daha çox reklam olunmalıdır. Yəqin onun da zamanı gələcək.

 

- İcraiyyə Komitəsində pozitiv hansı müzakirələr olundu?

- Əfsuslar olsun ki, heç nə deyə bilməyəcəm. Çünki gərək rəsmi xəbər verilsin, bəlkə sonra hansısa maddə üçün fikir bildirə bilərik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Oxşar xəbərlər